Adi quru qurbağası
Adi quru qurbağası (lat. Bufo bufo) — heyvanlar aləminin xordalılar tipinin suda-quruda yaşayanlar sinfinin quyruqsuzlar dəstəsinin quru qurbağaları fəsiləsinin quru qurbağası cinsinə aid heyvan növü.
Adi quru qurbağası | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Amorphea Ranqsız: Obazoa Ranqsız: Opisthokonta Ranqsız: Holozoa Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Nephrozoa Tipüstü: Tip: Klad: Olfactores Yarımtip: İnfratip: Klad: Eugnathostomata Klad: Teleostomi Klad: Euteleostomi Klad: Klad: Rhipidistia Klad: Tetrapodomorpha Klad: Eotetrapodiformes Klad: Elpistostegalia Klad: Stegocephalia Sinifüstü: Klad: Batrachomorpha Sinif: Yarımsinif: Dəstəüstü: Batrachia Klad: Salientia Dəstə: Yarımdəstə: Neobatrachia Fəsiləüstü: Hyloidea Fəsilə: Cins: Növ: Adi quru qurbağası |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Statusu
Azərbaycanda adi quru qurbağasının Bufo bufo verucosissima (Pallas,1813) yarımnövü yayılmışdır. Lənkəran rayonunda və Böyük Qafqazın cənub ətəklərində təsadüf edilir.
Yaşayış yeri
Meşə kənarlarındakı çəmənliklərdə, çoxalma dövründə isə meşə kənarındakı gölməçələrdə təsadüf edilir.
Sayı
Çoxalma zamanı optimal şəraitdə 1 km marşruta 3-4 fərd düşür. 1989-cu ildə Zaqatala rayonunun Qəbizdərə kəndinin yaxınlığındakı gölməçədə 100 m-lik sahil zolağında 30-40 fərd hesablanmışdır.
Çoxalması
Mayalanma xaricidir. Cütləşmə 4-12 (hərdən daha çox) saat davam edir. Kürütökmə 7-10 gün ərzində gedir. 1200-1700 kürü tutan 1,5–5 m uzunluğunda kürü bağları qoyur. Metamorfoz 50 gün davam edir. Cinsi yetginliyə 3-cü (erkəklərdə) və 4-cü (dişilərdə) illərdə çatır.
İstinadlar
- Integrated Taxonomic Information System (ing.). 1996.