Adi qaraqınıq

Adi qaraqınıq (lat. Origanum vulgare) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin qaraqınıq cinsinə aid bitki növü.

Adi qaraqınıq
Elmi təsnifat
Aləm:
Klad:
Streptophyta
Klad:
Embryophytes
Klad:
Polysporangiophytes
Klad:
Tracheophytes
Klad:
Eudicots
Klad:
Core eudicots
Klad:
Superasterids
Klad:
Lamiids
Yarımfəsilə:
Triba:
Növ:
Adi qaraqınıq
Beynəlxalq elmi adı
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  32632
NCBI  39352
EOL  579367

Botaniki xarakteristikası

Dalamzkimilər fəsiləsinin Qaraot cinsindən olan çoxillik ot bitkisidir. Bitki tam olaraq qısa tüklüdür, kökü sürünəndir. Gövdəsi 30-60 sm hündürlükdə, dördkünc, budaqlıdır. Yarpaqları qarşılıqlı, qısa saplaqlı, uzunsov, yumurtavaridir. Xırda, çəhrayitəhər çiçəkləri gövdəsinin və budaqlarının uclarında sıx salxım şəklində formalaşmışdır. Meyvəsi dörd xırda qozcuqdan ibarətdir. Otun iyi ətirli, dadı acı ədviyyəli, azacıq büzüşdürücüdür. İyun-avqust aylarında çiçəkləyir və avqust-oktyabr aylarında meyvə verir.

Yayılması

BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi və Xəzər sahili ovalıqları, Qobustanın rayonlarında arandan subalp qurşağına kimi yayılmışdır. Azərbaycanın bütün rayonlarında yayılmışdır. Arandan subalp qurşağına kimi (dəniz səviyyəsindən 2600 m-ə qədər) rast gəlinir. Əsasən çəmən, meşə və meşə kənarlarında, kolluqlarda və otlu yamaclarda bitir.

Tərkibi

Flavonid, kumarin, alkoloid, saponin, efir və piyli yağlar, C, B1, B2 vitaminləri, karotin, aşı maddələr və steroidlərlə zəngindir.

Tərkibində 0,3-1,2% efir yağı: fenol-timol (10%), karvakrol izomerləri, seskviterpenoidlər (12,5%), monoterpenoidlər – heranilasetat (5%) olur. Ədviyyəli və bakterisid təsirlidir. Bundan başqa tərkibində fenol (12-20%), flavonoidlər, askorbin turşusu və aşı maddələri olur.

Tərkibində efir yağları (fenol, timol və onun izomerləri), acı maddələr və çoxlu miqdarda askorbin turşusu və piqmentlər vardır.

Təsiri və tətbiqi

Farmakopeyaya daxil olan rəsmi dərman bitkisidrir. Əsasən mədə-bağırsaq, şəkərli diabet, revmatizm, ağciyər vərəmi, bronxit və bronxial astma, nevroz, nevralgiya, epilepsiya, iflic, radikulit, dəri, angina, faringit, loringit, raxit və qadın xəstəlikləri, habelə qulaq, baş və diş ağrıları zamanı istifadə olunur. Antibakterial, antiseptik, spazmolitik, sakitləşdirici, yuxugətirici, sidikqovucu, yara sağaldıcı, bəlgəmgətirici, eləcə də iltihab zamanı və qıc olmalara qarşı istifadə olunur.

Əks təsirləri

Hamiləlik dövründə istifadə etmək olmaz.

İstifadə olunan hissələr

Yerüstü hissəsi, yarpaqları, çiçəkləri və toxumları istifadə olunur.

İstifadə formaları

Cövhər, tinktura və dəmləmələr şəklində.

İstinadlar

  1. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 590.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.