Adi pişik ilanı
Adi pişik ilanı (lat. Telescopus fallax) — Suilanıkimilər fəsiləsinə aid növ.
Adi pişik ilanı | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır.
???: Adi pişik ilanı |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Bədəninin uzunluğu 60–70 sm, maksimal uzunluğu — 100 sm-dir. Bədəninin aşağı nahiyəsi ağ rəngdə olur. Əsasən daşlı yaylıqlarda, otluqlar və kolluqlarda, yarımsəhrada və dağ meşələrində yayılır. Onlara 1700–1800 metr yüksəkliklərdə belə rast gəlinir. Onlar gecə və gündüz radələlərində aktiv olur. İsti yay ayları isə ancaq gecə saatları aktiv olur. Ağaclara və ev damlarına rahat çıxa bilirlər. Əsasən kərtənkələlər, gəmiricilər və quşlarla qidalanırlar. İyun ayının sonu və iyulun əvvələrində 6–9 (10–13 х 27–35 mm) yumurta qoyurlar. Sentyabrda balalar yumurtadan çıxır.
Onlara Balkan yarımadası, Egey dənizi və Aralıq dənizi adalarında, İtaliya, Xorvatiya, Türkiyə, Azərbaycan, Gürcüstan, Ermənistan, İsrail, Suriya və Dağıstan ərazilərində rast gəlinir.
Ədəbiyyat
- Buchert, I. & Buchert, P/ 2011. Die Gaviola-Lagune. Elaphe 19 (1): 26–32
İstinadlar
- Pyron R. A., Burbrink F. T., Wiens J. J. A phylogeny and revised classification of Squamata, including 4161 species of lizards and snakes (ing.). // BMC Evol. Biol. BMC, Springer Science+Business Media, 2013. Vol. 13, Iss. 1. P. 93. ISSN 1471-2148 doi:10.1186/1471-2148-13-93 PMID:23627680
- The Reptile Database (ing.). / P. Uetz 2015.