Adi lobya

Adi lobya (lat. Phaseolus vulgaris) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin lobya cinsinə aid bitki növü.

Adi lobya
Elmi təsnifat
Aləm:
Klad:
Streptophyta
Klad:
Embryophytes
Klad:
Polysporangiophytes
Klad:
Tracheophytes
Klad:
Eudicots
Klad:
Core eudicots
Klad:
Superrosids
Klad:
Klad:
Fabids
Fəsilə:
Yarımfəsilə:
Faboideae
Triba:
Phaseoleae
Yarımtriba:
Phaseolinae
Cins:
Növ:
Adi lobya
Beynəlxalq elmi adı
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  26857
NCBI  3885
EOL  645324

Botaniki xarakteristikası

Adi lobyabecərilən, birillik, gövdəsi (kolşəkilli formalı, hündürlüyü 50 sm), sarılan, sarmaşanot bitkisidir. Yarpaqları yumurtavarı, uzunsaplaqlı, üçər mürəkkəb, kənarları bütöv, yarpağın əsası eyni dərəcədə olmayan və zirvəsi itiucludur. Çiçəkləri ağ, çəhrayı və ya bənövşəyi rəngli, kəpənəkçiçək tipindədir. Meyvəsi paxla, düz, yastılaşmış və ya silindrik, köndələn istiqamlətli, 3-7 müxtəlif forma və rəngli olur. İyul-avqust aylarında çiçəkləyir, avqust-sentyabr aylarında isə meyvələri yetişir.Yabanı növü məlum deyil. Ehtimal edilir ki, vətəni Mərkəzi Amerika və Meksikadır. Bir çox ölkələrdə taxıl-paxlalı və tərəvəz bitkisi kimi becərilir. İstisevən və quraqlığa davamlıdır. Ukrayna, Belarusiya, Moldaviya, Özbəkistanda və Qafqazda geniş becərilir.

Yabanı növü məlum deyildir. Ehtimal ki, vətəni Mərkəzi Amerika və Meksikadır. Bir çox ölkələrdə paxlalı və tərəvəz bitkisi kimi geniş yayılmışdır. İstisevən və quraqlığa davamlı bitkidir. Ukrayna, Moldaviya, Özbəkistan və Qafqazda yayılmışdır.

Xammalı avqust-sentyabr aylarında meyvələri yetişdikdə, yetüstü hissələri məhv olduqda, toxumları qabığından azad edilir. Toxumları qida məhsulu kimi istehlak edilir. Meyvələri təbii yolla qurudulur və ya 50-60ºС temperaturda quruducu şkafda qurudulur. Qurudulduqdan sonra xammal lazımsız hissəciklərdən təmizlənir.

Quru ventiliyasiyalı yerlərdə (stellajda) saxlanılmalıdır. Saxlama müddəti 3 ildir.

Tərkibi və təsiri

Meyvələrinin tərkibində flavonoidlər – kverçetin törəmələri və kempferol: rutin, robinin, kempferol 3-qlükoronozid, kverçetin 3-qlükoronozid, izokverçitrin, oksikumarin, fenol turşusu, β-sitosterin və onun qlükozidləri, triterpen qlükozidləri – fazeolozid, xolin və aminturşular vardır.

Hipoqlikemik, diuretik və  hipotenziv dərmandır.

Tərkibindəki arginin aminturşusu hesabına hipoqlikemik və diuretik təsirə malikdir. Bundan başqa zəif hipotenziv, iltihabsorucu və hipoazotemik aktivliyə də malikdir.

Adi lobya meyvəsi. Hipoqlikemik və diuretik dərmandır.

Qarışıqlarının tərkibi «Arfazetin» və «Mirfazin» preparatından ibarətdir.

Tərkibi qarışıqlardan ibarət «Arfazetin» və «Mirfazin» preparatları yüngül və otra ağır diabet xəstəliyində keyfiyyətli hipoqlikemik dərmandır. Dəmləməsi böyrək, revmatizm, hipertoniya xəstəliyinin başlanğıc mərhələsində və duz mübadiləsi pozğunluqlarında təyin edilir.

İstinadlar

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.