Adi durnabalığı
Adi durnabalığı (lat. Esox lucius) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin durnabalığıkimilər dəstəsinin durnabalığılar fəsiləsinin durnabalığı cinsinə aid heyvan növü. Ortasaylı, yerli aborigen növdür.
Adi durnabalığı | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Amorphea Ranqsız: Obazoa Ranqsız: Opisthokonta Ranqsız: Holozoa Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Nephrozoa Tipüstü: Tip: Klad: Olfactores Yarımtip: İnfratip: Klad: Eugnathostomata Klad: Teleostomi Sinifüstü: Sinif: Ranqsız: Actinopteri Yarımsinif: Neopterygii İnfrasinif: Klad: Euteleostei Dəstəüstü: Protacanthopterygii Dəstə: Fəsilə: Cins: Növ: Adi durnabalığı |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Xarakterik morfoloji əlamətləri
Yanaqları pulcuqlarla tam örtülüdür. Bədənin yan tərəflərində boz və ya zeytuni rəngdə ləkələr olur. Bu ləkələr köndələn, bəzən çəpəki zolaqlar əmələ gətirir. Şirin su balığıdır. Azərbaycan sularında ovlanan durnabalıqlarının iri fərdlərinin uzunluğu 80 sm-ə, kütləsi 5 kq-a çatır.
Yaşayış yeri və həyat tərzi
Bütün şirin sularda, çay və göllərdə, bəzən şortəhər sularda yaşayır. Azərbaycanda əksər fərdləri 5–6 ilə qədər yaşayır. Cinsi yetkinliyə 2–3 yaşında çatır. Erkən yazda bir dəfəyə kürü tökür. İnkubasiya dövrü 10 gün çəkir. Adətən gecələr kürü verir. Fərdi inkişaf forması tam çevrilmə şəklindədir. Həyat sikli kürü, sürfə, körpə və yetkin fərd şəklində olur.
Yayılması və Sayı
Azərbaycanda bir növlə təmsil olunmuşdur. Azərbaycanda Aşağı Kür hövzəsində, Mingəçevir su anbarında, Dəvəçi limanında, Kiçik Qızılağac körfəzində və Azərbaycanın cənub zonasından axan çayların aşağı axarlarında yayılmışdır. Ortasaylıdır, su hövzələrində ekoloji şəraitin pisləşməsi və intensiv ovlanması ehtiyatına təsir edir.
Cinsi statusu və çoxalma xüsusiyyətləri
Erkən yazda kürü tökməklə çoxalır. Azərbaycanda məhsuldarlığı 4.8 minlə 116.7 min ədəd kürü arasında dəyişir. Orta hesabla 62.5 min ədəd kürü verir. Yetkin fərdlər demək olar ki, hər il çoxalmada iştirak edirlər.
Qidalanması
Yırtıcı balıqdır, körpələri plankton və bentik orqanizmlərlə, iri fərdləri isə əsasən balıqlarla qidalanır. Hannibalizm (öz balalarını yemək) hadisəsi də müşahidə edilir.
Düşmənləri
Digər yırtıcı balıqlar və balıqyeyən quşlar, balıq parazitləri.
Biomüxtəliflikdə rolu
Biomüxtəlifliyin bir kompanentidir. Körpələri digər yırtıcı balıqların qidasını təşkil edir. Su hövzələrində daha çox parazitlə yoluxmuş canlıları yeməklə təbiətdə sanitar rolunu oynayır.
İnsan həyatına təsiri
Ekoloji əhəmiyyəti müəyyənləşdirilməyib. Əmtəə keyfiyyətinə malikdir. Qiymətli vətəgə balıqlarını və onların körpələrini yeməklə balıqartırma təsərrüfatlarına ziyan verir.
Qəbul edilmiş və qəbul edilməsi vacib olan mühafizə tədbirləri
Su hövzələrinin çirkləndirilməsinə qarşı mübarizə aparılmalıdır, ehtiyatı və ovlanması tənzim olunmalıdır.
Növün qeydiyyat göstəriciləri
Azərbaycan ETBTI İxtioloji muzeyi, AMEA Zoologiya İnstitutu ixtiologiya laboratoriyasının kolleksiya fondu.
İstinadlar
- Integrated Taxonomic Information System (ing.). 1996.