Adi canavargiləsi
Adi canavargiləsi (lat. Daphne mezereum) — canavargiləsi cinsinə aid bitki növü.
Adi canavargiləsi | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Streptophyta Klad: Embryophytes Klad: Polysporangiophytes Klad: Tracheophytes Klad: Klad: Klad: Eudicots Klad: Core eudicots Klad: Superrosids Klad: Klad: Malvids Dəstə: Fəsilə: Yarımfəsilə: Thymelaeoideae Cins: ???: Adi canavargiləsi |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Təbii yayılması
Rusiyanın meşə zonasında, Avropanın şimalında, Qərbi Sibirdə, Şimali Qafqazda, Zaqafqaziyada və Dağıstanda rast gəlinir.
Botaniki təsviri
Hündürlüyü 1,5 m, möhkəm gövdə və budaqlı, yarpağı tökülən, az budaqlanan koldur. Yarpaqları növbəli,qısa saplaqlı, tünd yaşıl, alt tərəfi göyümtül, kənarları tükcüklü, uzunsov, uzunluğu 3-8 sm, eni 1-2 sm-dir, əks lansetvari, sadə, kənarları bütöv, zoğların uclarında yerləşmişdir. Tumurcuqları növbəli, çoxsaylı, spiral formasında yerləşmiş pulcuqlu, haşiyəlidir, ucda olanların uzunluğu 5–7 mm -dir , yanda olanlar xırdadır. Çiçəkləri ikicinsli, çox vaxt çəhrayı, bəzən ağ və digər çalarlı, ətirli, balvericidir, əsasən keçən ilki tökülən yarpaqların qoltuqlarında, çılpaq zoğlarda dəstələrlə - iki-beş və ya tək oturur. Çiçək yanlığı sadə, dörd bölümlü, diametri 1-1,5 sm-dir, boruvari bitişmiş, ləçəkvari kasayarpaqlardan əmələ gəlmişdir. Çiçək tacı dörd ləçəklidir. Erkəkcikləri 8 ədəd oturaqdır. Erkən yazda çiçəkləyir (aprel-mayın əvvəlində). Meyvəsi parlaq qırmızı, oval, sulu, şarşəkilli, parlaq toxumları olan çəyirdəkdir. Çəyirdəyi tünd qonur, parlaq, oval, enli, uzunluğu 5–6 mm-dir. İyulun axırlarıavqustun əvvəlləri meyvə verir.
Ekologiyası
Tünd iynəyarpaqlı və qarışıq meşələrdə, bəzən enliyarpaqlı meşələrdə bitir. Cənub rayonlarda dağların subalp zolağında rast gəlinir. Yüngül işıqlanmaşəraitində yaxşı böyüyür və budaqlanır. Mülayim iqlimli zonalardayayılmışdır.
Azərbaycanda yayılması
Böyük Qafqazın (Quba) şərqində və qərbində, Kiçik Qafqazın şimalında və mərkəzində geniş rast gəlinir.
İstifadəsi
Bitkinin bütün hissələrində, xüsusilə meyvələrində zəhərli şirə vardır.
İstinadlar
- Tofiq Məmmədov, “Azərbaycan dendroflorasi” V cild, Baki, “Elm”, 2019, 370 səh.
Sinonimləri
- Daphne albiflora J.W.Wolf
- Daphne florida Salisb.
- Daphne houtteana Lindl. & Paxton
- Daphne lateriflora Raf.
- Daphne liottardi Vill.
- Mezereum officinarum C.A.Mey.
- Thymelaea mezereum (L.) Scop.
- Thymelaea praecox Gilib.
- Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 356.