Adi boymadərən

Adi boymadərən (lat. Achillea millefolium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin boymadərən cinsinə aid bitki növü.

Adi boymadərən
Elmi təsnifat
Aləm:
Klad:
Streptophyta
Klad:
Embryophytes
Klad:
Polysporangiophytes
Klad:
Tracheophytes
Klad:
Eudicots
Klad:
Core eudicots
Klad:
Superasterids
Klad:
Campanulids
Növ:
Adi boymadərən
Beynəlxalq elmi adı
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  35423
NCBI  13329
EOL  467225

Botaniki xarakteristikası

Çoxillik, ot bitkisi olub, gövdəsinin hündürlüyü 20-50 sm, düzqalxan, budaqlanan, dəyirmi, nazikşırımlı, yuxarı budaqcığındakı yarpaqları qısalmışdır. Yarpaqları növbəli, xətti-neştərvari, ikiqat lələkşəkilli yarılmış, iki-üçqat kəsilmiş seqmentli və demək olar ki, kürəkşəkilli, sonluğu  xətti formalıdır. Kökümsov yarpaqları saplaqlı uzunluğu 35-50 sm-dir. Kökləri nazik, sürünəndir. Çiçəkqrupu kiçik, çoxsaylı olub, gövdənin zirvəsində mürəkkəb çiçəkqrupunda formalaşan, kənarları ağ dilşəkilli (bəzən çəhrayı) daxili çapıqlı olmaqla, sarı rənglidir. Qalxanşəkilli çiçəklərinin uzunluğu 4 sm-ə (çiçək səbətciyinin əsası) bərabərdir. Hər bir səbətcik kənar dişicikli, (əsasən sayı 5 olan), orta boruşəkilli, ikicinsli (3-30 qədər sayı olan), 5 erkəkcikli və aşağı yumurtalıqlı çiçəklərdən ibarətdir. Çiçəyin əsası qabarıq olmaqla, çiçək yatağı bölünmüşdür. Yarpaqları kirəmitəbənzər uzunsov-yumurtaşəkilli və aydın-qonur rənglidir. Çiçək tacı burulan, yaşılımtıl, dilşəkilli çiçəkləri sarımtıl-ağ və ya çəhrayı, boruşəkilli çiçəkləri isə sarımtıldır. Tünd aromat iyli və ədviyyəlı acı dadlıdır.

Quru dərələrdə, çəmənliklərdə, çaybasar çəmənliklərin yüksək yerlərində, meşə kənarlarında, talalarda, yol kənarlarında, təzə salınmış meşə zolaqlarında, parklarda yaşayış məntəqələrində yayılmışdır.

Bitkini çiçəkləmə fazasında (iyun və avqustun birinci yarısı) yarpaq və gövdələrini 15 sm uzunluğunda səliqəli şəkildə yarpaq və gövdədən məhrum etmədən kəsmək lazımdır. Yaşayış məntəqələrinə yaxın yerlərdə adi boymadərən olarsa onu əkin sahələrinə köçürmək məsləhətdir. Onun qalxanşəkilli çiçəkqrupu və səbətciyi 2 sm uzunluğunda kəsilməklə toplanılmalıdır. Bitkinin kökünü və pöhrələrini qazaraq çıxarmaq qətiyyən olmaz. Bitkinin toplanıldığı sahələrin təkrar istismarı 1-2 ildən sonra mümkündür. Xammalı quru hava şəraitində, qalaq-qalaq yığmamaq şərti ilə toplayaraq dərhal qurutmağa başlamaq lazımdır. Xammalın qurudulması havası yaxşı dəyişələn açıq çardaxlarda, naveslərdə, kağız və ya parça üzərəndə 5-7 sm qalınlığında sərməklə, qurutmaq lazımdır. Bu halda çıxım 20-25 % olur.

Efiryağlı bitki olduğundan xammal toplanan əşyalar yaxşı tıxanmalı və bağlanmalıdır. Bütöv və doğranmış xammalının saxlanılma müddəti 3 il, tozununku isə 2 ildir.[2]

Tərkibi və təsiri

Otun və çiçəklərin tərkibində 0,8% efir yağı, başlıca komponent olan millefolid, xamazulen, acı maddə olan (axillin), aşı maddələr, K vitamani və flavonoidlər vardır.

Hemostatik, iltihabəleyhinə və spazmolitik dərmandır.

Keyfiyyətli xammalı onun yarpaqları və çiçəkləridir. Çiçəkləyən zaman bitkinin tərkibində efir yağı, mürəkkəb efir, azulen, tuyol, sineol, kamfora, kariofillen, qarışqa və izovalerian turşuları olur. Tərkibində eyni zamanda qatran, aromatik acı və aşı maddələr, vitaminlər, fitonsidlər və digər maddələr vardır.

Ekstrakt maddə kimi 70% spirtdə çıxımı 17%, nəmliyi 13%, ümumi kül 15%, efir yağı 0,1%, qaralmış hissəciklər 2%, 4 sm ölçüdə olan gövdə hissələri 5%, 0,5mm diametrində olan çiçək, gövdə və digər hissəciklər 3%, üzvi maddələr 0,5%, mineral maddələri isə 1%-dən çox deyildir. Daxilə qəbul etmək üçün vanna və antiseptik vasitə kimi təyin edilir. Ağciyər xəstəliklərində tərlədici dərman kimi də faydalıdir. Bitki və çiçəklərinin tərkibində acı maddələr olduğundan iştahartırıcı, ödqovucu, babasil əleyhinə və yumşaldıcı tərkiblərdə istifadə edilir.

Sinonimləri

  • Achillea albida Willd.
  • Achillea alpicola (Rydb.) Rydb. [Illegitimate]
  • Achillea ambigua Boiss.
  • Achillea ambigua Pollini
  • Achillea anethifolia Fisch. ex Herder
  • Achillea angustissima Rydb.
  • Achillea arenicola A.Heller
  • Achillea bicolor Wender.
  • Achillea borealis Bong.
    • Achillea borealis var. arenicola J.T.Howell
    • Achillea borealis subsp. arenicola (A.Heller) D.D.Keck
  • Achillea borealis f. borealis
    • Achillea borealis subsp. borealis borealis
    • Achillea borealis var. borealis borealis
    • Achillea borealis subsp. californica (Pollard) D.D.Keck
    • Achillea borealis var. californica (Pollard) J.T.Howell
  • Achillea borealis f. fusca (Rydb.) Hultén
  • Achillea californica Pollard
  • Achillea ceretanica Sennen
  • Achillea compacta Lam.
  • Achillea coronopifolia Willd.
  • Achillea crassifolia Colla
  • Achillea cristata Hort. ex DC.
  • Achillea cuspidata Wall. [Invalid]
  • Achillea dentifera Rchb.
  • Achillea eradiata Piper
  • Achillea fusca Rydb.
  • Achillea gigantea Pollard
  • Achillea gracilis Raf.
  • Achillea haenkeana Tausch
  • Achillea intermedia Schleich.
  • Achillea lanata Lam.
  • Achillea lanulosa Nutt.
    • Achillea lanulosa subsp. alpicola (Rydb.) D.D.Keck
    • Achillea lanulosa var. alpicola (Rydb.) Rydb.
    • Achillea lanulosa var. arachnoidea Lunell
    • Achillea lanulosa var. eradiata (Piper) M.Peck
    • Achillea lanulosa var. lanulosa lanulosa
  • Achillea lanulosa f. lanulosa
    • Achillea lanulosa subsp. lanulosa lanulosa
    • Achillea lanulosa subsp. megacephala (Raup) Argus
  • Achillea lanulosa f. peroutkyi F.Seym.
  • Achillea lanulosa f. rubicunda Farw.
  • Achillea laxiflora A.Nelson
  • Achillea laxiflora Pollard & Cockerell
  • Achillea magna All. [Illegitimate]
  • Achillea magna L.
  • Achillea magna Haenke [Illegitimate]
    • Achillea magna var. magna magna
  • Achillea marginata Turcz. ex Ledeb.
  • Achillea megacephala Raup
  • Achillea millefolium f. albiflora Dabrowska
    • Achillea millefolium var. alpicola (Rydb.) Garrett
    • Achillea millefolium var. arenicola (A.Heller) Nobs
    • Achillea millefolium var. arenicola (A.Heller) Ferris
    • Achillea millefolium var. asplenifolia (Vent.) Farw.
    • Achillea millefolium subsp. atrotegula B.Boivin
    • Achillea millefolium subsp. balearica Sennen
    • Achillea millefolium subsp. borealis (Bong.) Breitung
    • Achillea millefolium var. borealis (Bong.) Farw.
    • Achillea millefolium var. californica (Pollard) Jeps.
  • Achillea millefolium f. californica (Pollard) H.M.Hall
    • Achillea millefolium var. colliniformis Dabrowska
    • Achillea millefolium subsp. compacta (Lam.) Bonnier & Layens
    • Achillea millefolium var. dipetala Dabrowska
  • Achillea millefolium f. discolor B.Boivin
    • Achillea millefolium var. dissecta Dabrowska
    • Achillea millefolium var. fusca (Rydb.) G.N.Jones
    • Achillea millefolium var. gigantea (Pollard) Ferris
    • Achillea millefolium var. gigantea (Pollard) Nobs
  • Achillea millefolium f. iserana (Podp.) Hayek
    • Achillea millefolium var. iserana Podp.
    • Achillea millefolium var. lanulosa (Nutt.) Piper
    • Achillea millefolium subsp. lanulosa (Nutt.) Piper
    • Achillea millefolium var. litoralis Ehrenb. ex Nobs
    • Achillea millefolium var. lobata Dabrowska
    • Achillea millefolium var. maritima Jeps.
    • Achillea millefolium var. megacephala (Raup) B.Boivin
  • Achillea millefolium f. millefolium
    • Achillea millefolium subsp. millefolium millefolium
    • Achillea millefolium var. millefolium millefolium
    • Achillea millefolium var. nigrescens E.Mey.
    • Achillea millefolium subsp. occidentalis (DC.) Hyl.
    • Achillea millefolium var. occidentalis DC.
    • Achillea millefolium var. pacifica (Rydb.) G.N.Jones
    • Achillea millefolium var. puberula (Rydb.) Nobs
    • Achillea millefolium var. puberula (Rydb.) Ferris
  • Achillea millefolium f. rhodantha Lepage
  • Achillea millefolium f. rosea (Desf.) E.L.Rand & Redfield
    • Achillea millefolium var. rosea (Desf.) Torr. & A.Gray
  • Achillea millefolium f. roseiflora B.Boivin
  • Achillea millefolium f. roseoides Breitung
  • Achillea millefolium f. rubicunda (Farw.) Farw.
    • Achillea millefolium var. sordida W.D.J.Koch
    • Achillea millefolium var. spathulata Dabrowska
  • Achillea nabelekii Heimerl
  • Achillea occidentalis (DC.) Raf. ex Rydb.
  • Achillea ochroleuca Eichw.
  • Achillea ossica K.Koch
  • Achillea pacifica Rydb.
  • Achillea palmeri Rydb.
  • Achillea pecten-veneris Pollard
  • Achillea pratensis Saukel & R.Länger
  • Achillea pseudo-tanacetifolia Wierzb. ex Rchb.
  • Achillea puberula Rydb.
  • Achillea pumila Schur
  • Achillea rosea Desf.
  • Achillea setacea Schwein.
  • Achillea sordida (W.D.J.Koch) Dalla Torre & Sarnth.
  • Achillea subalpina Greene
  • Achillea subhirsuta Gilib. [Invalid]
  • Achillea submillefolium Klokov & Krytzka
  • Achillea sylvatica Becker
  • Achillea tanacetifolia Mill.
  • Achillea tenuifolia Salisb. [Illegitimate]
    • Achillea tenuifolia var. albicaulis (C.A.Mey.) Trautv.
  • Achillea tenuis Schur
  • Achillea tomentosa Pursh [Illegitimate]
  • Achillea virgata Hort. ex DC.
  • Achillios millefoliatus St.-Lag.
  • Alitubus millefolium (L.) Dulac
  • Alitubus tomentosus Dulac
  • Chamaemelum millefolium (L.) E.H.L.Krause
  • Chamaemelum tanacetifolium (All.) E.H.L.Krause
  • Chamaemelum tomentosum (L.) E.H.L.Krause [Illegitimate]

Botaniki təsviri

Çoxillik ot bitkisidir. Hündürlüyü 30-75 sm, gövdəsi və yarpaqları yumşaq tüklüdür. Kökü üfuqi şəkildə yayılır, kökdən çıxan və gövdəsindəki lanset-lələkvarı yarpaqları 3-5 və daha çox hissəciklərə bölünmüş hissələrdən ibarətdir. Diametri 2–3 mm olan, ağ və açıq çəhrayı çoxsaylə xırda çiçəkləri gövdənin yuxarısında qalxanvari şəkildə, çətir formasında sıx birləşərək bir iri çiçək təəssüratı yaradırlar. Yarpaqların dadı şorməzə və azacıq büzüşdürücü, çiçəklərin dadı isə acı ədviyəlidir. May-sentyabr aylarında çiçəkləyərək, iyun-oktyabr aylarında meyvə verir.

Ekologiyası

Flavonoid, alkaloid, qlikozid, efir və piyli yağlar, C və K vitaminləri, aşı maddələr, eləcə də qətranlar, lakton və karotinlə zəngindir.

Azərbaycanda yayılması

Böyük və Kiçik Qafqazın bütün rayonlarında, Naxçıvanın və Talışın dağlığ hissəsində yayılmışdır. Orta dağ qurşağından subalp qurçağına kimi (dəniz səviyyəsindən 800–2600 m-ə qədər) rast gəlinir. Əsasən meşələrdə, kolluqlarda, subalp çəmənliklərdə, əkinlərdə, çaqıl daşlıqlar və dincə qoyulmuş torpaqlarda bitir.

İstifadəsi

Farmakopeyaya daxil olan rəsmi dərman bitkisidir. Elmi, eksperimental və xalq təbabətində, eləcə də kliniki sınaqlarda, homeopatiya, farmakologiya və baytarlıqda geniş tətbiq edilir. Əsasən mədə, ürək, böyrəkböyrək daşı, sidik kisəsi, bronxial astma, dəri, qaraciyər xəstəliklərində, ağciyər vərəmi, nevroz, soyuqdəymə, malyariya, qadın, revmatizm, stomatit, allergiya, ateroskleroz və bədxassəli şişlərə qarşı istifadə olunur. Antioksidant, antihelmint, qansaxlayıcı, bəlğəmgətirici, ağrıkəsici, yarasağaldıcı, hərarəti salan, spazmolitik və kardiotonik təsirə malikdir. Hamiləlik dövründə istifadə etmək olmaz. İstifadə olunan hissələri yerüstü hissəsi və çiçəkləridir. Cövhər və dəmləmə kimi istifadə olunur.

İstinadlar

  1. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 899.
  2. S.C.İbadullayeva, M.C.Qəhrəmanova Bitkilərin Sirli Dünyası (Ot Bitkiləri) Bakı 2016 s.333

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.