Adi başınağacı
Adi başınağacı (lat. Viburnum opulus) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin adoksakimilər fəsiləsinin başınağacı cinsinə aid bitki növü.
Adi başınağacı | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Streptophyta Klad: Embryophytes Klad: Polysporangiophytes Klad: Tracheophytes Klad: Klad: Klad: Eudicots Klad: Core eudicots Klad: Superasterids Klad: Klad: Campanulids Dəstə: Fəsilə: Cins: Növ: Adi başınağacı |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Botaniki xarakteristikası
Yarpaqları qarşı-qarşıya düzülmü uzunluğu 5-12 sm-dir, dəyirmi və ya yumurtaşəkilli-dəyirmidir, yuxarı yarısında üç bölümlü və bundan başqa iri kəsilmiş -dişli olub, çılpaqdır, qaidə hissəsində xırda qılşəkilli yalançı zoğları vardır. Saplaları çılpaqdır, yuxarı hissədə oturaq vəziciklidir, aşağı hissədə isə vəziciklər oturaq deyil, ayaqcıq üzərindədir. Çiçəkləri ağ rəngli, ətirli olub, iri, sıx olmayan qalxanaoxşar yastı çiçək qrupunda toplanmışdır, orta çiçəkləri kiçik, ikicinsli düzgün olub, qıfaoxşar-zınqırovvari tacı vardı, kənar çiçəklər isə bar verməyən, iriləşmiş ağappaq çarxşəkilli bölümlü tacı vardır. Meyvələri giləmeyvəyə bənzər olub, lətli, ovaldır, parlaq-qırmızı rəngdədir, dadı acıdır, diametri 8–10 mm-dir. Toxumları təkdir və yastıdır. May-iyun aylarında çiçəkləyir, avqust-sentyabr aylarında meyvə verir.
Ekoloji qrup və bitdiyi yerlər
Kseromezofitdir, meşə-kol və sahilyanı bitkilik tiplərində rast gəlir. Əsasən meşə və meşə kənarlarında, kolluqlarda və çay kənarlarında seyrək bitir.
Kimyəvi tərkibi
Flavonoid, saponin, kumarin, K və C vitaminləri, karotin, piyli və efir yağları, steroid, aşı maddələri, antosian və qətranla zəngindir.
Təsiri və tətbiqi
Adi başınağaci farmakopeyaya daxil olan ofisinal dərman bitkisidir. Elmi, praktiki, eksperimental və xalq təbabətində, habelə homeopatiyada, farmakologiyada və baytarlıqda tətbiq edilir. Əsasən mədə və onikibarmaq bağırsaq xorası, bronxial astma, qaraciyər, dəri-zöhrəvi, böyrək, babasil, epilepsiya, anemiya, nevroz xəstəlikləri, soyuqdəymə, öd və sidik kisəsi daşları, qanaxmalar zamanı istifadə olunur. Kardiotonik, sedativ, hipotenziv, ağrıkəsici, şualanmadan qoruyucu, protistosid, antihelmint, antibakterial, qanqatılaşdırıcı və s. təsirə malikdir.
Əkstəsirləri
Təzə meyvələrin tərkibində acı qlikozid viburin olduğu üçün, yeməklərdə istifadə edildikdə bəzən ürəkbulanma və qusma hissi əmələ gətirir. Mədə və onikibarmaq bağırsaq xorası, böyrək və pankreatit xəstəliklərinin kəskin dövründə, eləcə də podaqrada istifadə etmək olmaz. Trombofiliyalı xəstələr təzə meyvələri ehtiyatla və az miqdarda qəbul etməlidir.
İstifadə olunan hissələri
Müalıcə məqsədi ilə bitkinin meyvələri, yarpaqları, çiçəkləri, qabığı, toxumları və budaqları istifadə edilir.
İstifadə formaları
Cövhər, şirə, və spirtli ekstraktlar.
Azərbaycanda yayılması
Samur-Şabran oval., BQ (Quba), BQ şərq, BQ qərb, KQ şimal, KQ mərkəz, Lənk. dağ. Orta dağ qurşağına qədər.
Yaşayış mühiti
Meşələrdə, çayların sahilində, kolluqlar arasında, meşə sahələrində, səpələnmiş halda rast gəlinir.
Təsərrüfat əhəmiyyəti
Dərman bitkisidir. Qabığında aşı maddəsi vardır. Dekorativ koldur.
İstinadlar
- Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 268.