Adi şam

Adi şam Skandinaviya, Avropa, İspaniya, İtaliyaBalkan yarımadası, Atlantik okeanı sahillərindən başlayaraq Sakit okean sahillərinə kimi geniş ərazini əhatə edir. Qayalarda və daşlı yamaclarda bitir. Həmişəyaşıl, hündürlüyü 40 m-ə, gövdəsinin dimateri 60 sm-ə çatan ağacdır. Uzunömürlüdür, 300 ilə kimi yaşayır. Dirək gövdəsinin qabığı bozumtul-qonur, qalın, qeyri-bərarər çatlıdır, budaqları qırmızımtıl-sarı, nazik qabıqla örtülüdür. Seyrək çətirli, iynəyarapqları tünd-yaşıldır, aşağı budaqları töküldükdən sonra çətiri ensizləşir. Uc tumurcuqları yumurtavarı və ya yumurtavarı-konusvarı, qabıqları enli-neştərvarı və ya üçkünc, kənarları seyrək, saçaqlı və saçaqsızdır. Adi şamın qozaları may ayında əmələ gəlir, yazda yetişir. Qozaları yumurtavarı-konusvarı, yetişdikdə bönövrəyə qədər açılırlar. Apofizləri bir az piramidal-yuxarı qalxandır. Toxumları ağımtıl, bozumtul rəngdə olub, diametri 3–4 mm-dir, 1000 ədəd toxumun çəkisi orat hesabla 6,3 qr-dır. Torpağa az tələbkardır, qeyri-münbit torpaqlarda da inkişaf edir. Şaxtaya və quraqlığa davamlıdır. Şəhərin qeyri-münasib mühitinə (qaza, tüstüyə və s.) dözmür. Azərbaycanda Bakı, Tovuz, Ağstafa, Quba, Şamaxı, Qax, Şəki, Zaqatala, Balakən, Oğuz, Xaçmaz, XankəndiGöygöl rayonlarının park və bağlarında təsadüf olunur. Oduncağı qiymətlidir, sənayenin müxtəlif sahələrində istifadə edilir. Adi şamın oduncağından metil və etil spirti, qatran, skipidar, fenol, kanifol və digər kimyəvi maddələr alınır.

Adi şam
Elmi təsnifat
Aləm:
Klad:
Streptophyta
Klad:
Embryophytes
Klad:
Polysporangiophytes
Klad:
Tracheophytes
Klad:
Gymnosperms
Şöbə:
Pinophyta
Yarımsinif:
Fəsilə:
Yarımfəsilə:
Pinoideae
Cins:
???:
Adi şam
Beynəlxalq elmi adı
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  183389
NCBI  3349
EOL  1059929
Pinus sylvestris

Məlumat mənbələri

Деревья и кустарники СССР. т.3.1954; Флора Азербайджана. т.5. 1954; Azərbaycanın ağac və kolları. III cild. 1970; Azərbaycanın “Qırmızı” və “Yaşıl Кitabları”na tövsiyə olunan bitki və bitki formasiyaları. 1996; Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006; 2008.

İstinadlar

  1. “Azərbaycan dendraflorasi” I cild, Baki, “Elm”, 2011, 312 səh.

İstinadlar

  1. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 1000.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.