Adheziya

Adheziya (lat. adhaesio — yapışma) fizikada müxtəlif cinsli bərk və ya maye hissəciklərin ilişməsini ifadə edir. Adheziya üst səthdə molekulalararası əlaqə (qütb, bəzən kimyəvi və ya qarşılıqı diffuziya) ilə şərtlənir və səthlərin ayrılmasına lazım olan xüsusi işlə xarakterizə olunur. Bəzi hallarda adheziya koheziyaya nisbətən güclü ola bilir (yəni bircinsi material daxilində ilişmə baş verərkən). Bu halda qüvvə tətbiq edildikdə koheziya parçalanması baş verir. Bu mexaniki hala təsir edən qüvvələr tam tədqiq olunmayıb. Ona görə də, müxtəlif adheziya nəzəriyyələri mövcuddur.

Adheziya möhkəmliyi

Nazik təbəqələrin və quruluş kütlələtinin qopardılması zamanı adheziya möhkəmliyi ölçülür. Bu proses özünə adheziyadan başqa deformasiya və qümunənin axmasına, ikiqat elerktrik təbəqəsinin boşaldılmasına və s. əlavə hadisələrə güc daxil edir. Adheziya möhkəmliyi nümunənin ölçülərindən (qalınlığından, enindən), tətbiq olunan xarici qüvvənin istiqamət və sürətindən asılıdır. Koheziya ilə müqayisədə zəif adheziya zamanı adheziya qopması, nisbətən zəif koheziyada isə koheziya üzülməai baş verir. Polimer, lak və boya və s. nazik təbəqələrin adheziyası isladılma, maye adhez iə toxunma sahəsinin formalaşma şəraiti və onun bərkiməsi zamanı daxili gərginliyin yaranması və relaksiya prosesləri, xarici şəraitin (təyziq,temperatur, elektrik sahəsi və s.) təsiri ilə təyin olunur, bütünlükdə isə yapışqan birləşmələrinin möhkəmliyi həm də bərkimiş yapışqan təbəqələrinin koheziyası müəyyən rol oynayır.

Adheziya nəzəriyyələri

Ümumi halda fiziki-mexaniki qüvvələrə əsaslanan mexaniki adheziya və kimyəvi, fiziki və termodinamiki amillərdən yaranan qüvvələrə əsaslanan xüsusi adheziya fərqləndirilir. Bu nəzəriyyələr ayrılıqda yaradılmışdır, amma bugünkü elmə bunların hər ikisinin bir vəhdət olduğu məlumdur.

Mexaniki adheziya

Mexaniki adheziyanın nəzəriyyəsi verilmiş yapışqanın mikroskopik kiçik məsamələrdə və bərk cismin üzərindəki çökəkliklərdə ilişməsinə əsaslanır. Əvvəllər bu adheziyanın izahı üçün istifadə olunan yeganə tərif idi. Hamar səthin yapışqanla əlaqəsini bununla izah etmək mümkün deyil.

Xüsusi adheziya

Xüsusi adheziya nəzəriyəsi hamar səthi ilə bərk maddlər arasındakı birləşməni izah etmək üçün yaradılmışdır. Xüsusi adheziyaya aid müxtəlif nəzəriyyələr ilə mexaniki nəzəriyyələr bir-birinə əks deyillər. Onlar bir-birini tamamlayırlar.

Qütbləşmə nəzəriyyəsində (De Bryne 1935) adheziyanın molekulaların dipol xassəsinə əsaslandığı qeyd olunur. Yalnız qütb materiallarına xasdır.

Elektrostatik nəzəriyyə (Deryaqin 1950) adheziya üçün elektrik ikiqatını (çoxlu molekulalarınatom qatlarının qalın yüklü zonası, yükləmənin sürüşməsi zamanı yaranır) səbəb kimi göstərir. Bunun üçün ancaq uyğun yük daşıyıcısı (elektron, ion) mövcud olmalıdır.

Diffuziya nəzəriyyəsi (Voyitski 1960) Broun hərəkətininə, yəni temperatur sayəsində yaranmış sərbəst hərəkətlərə əsaslanır. Bu hərəkətlər nəticəsində iki müxtəlif materialın hissəcikləri bir-birinə diffuziya edilər. Materiallar bir-birinə qarşı kimyəvi qohumluğu vacibdir. Bu ən çox süni materiallarda rast gəlinir. Metallarda birləşmə diffuzyanın qarşısını alır.

Mənbə

  • Canəhmədov, Ə. Tribologiyanın əsasları (sürtünmə, yeyilmə, yağlama): Dərs vəsaiti. Bakı: Çaşıoğlu, 2001, 276 səh.
  • Bischof,C., Possart, W. Adhäsion – Theoretische und experimentelle Grundlagen. Akademie-Verlag, Berlin 1983.
  • Popov, V.L. Kontaktmechanik und Reibung. Ein Lehr- und Anwendungsbuch von der Nanotribologie bis zur numerischen Simulation. Springer, Berlin u. a. 2009
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.