Ader burnu
Ader burnu — Şərqi Antarktidada, Viktoriya Torpağının şimal-şərqindəki yarımada və burun.
Ader | |
---|---|
Yerləşməsi | |
71°17′ c. e. 170°14′ ş. u. | |
Akvatoriya | Cənub okeanı |
Ölkə | Antarktida |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Ümumi məlumat
Ader burnu Ross dənizinin Cənub okeanından ayıran bir ərazidir. Yarımadanın daxilinə doğru irəllədikcə Admiralti dağları yüksəlir. Ader Antaraktidanın ilk təqiqatı zamanı əlverişli və vacıb eniş sahəsi hesab olunurdu. Bir çox əsas düşərgələr bu ərazidə qurulmuşdur. Sahildən şimal-şərqə doğru Ader sualtı dağları uzanır.
Tarixi
Ader burnu ilk dəfə 1841-ci ilin yanvarında kapitan Ceyms Ross tərəfindən kəşf edilmiş və dostu Adarın şərəfinə belə adlandırmışdır. Adar adı İrlandiyanın Ader şəhərindən götürülüb.
1895-ci ildə norveç tədqiqatçıları Henrik Bull və Karsten Borxqrevnik Antarktik gəmisi ilə Ader burnuna yan aldılar. Bu hadisə həm də, Antarktida torpağına ilk rəsmi ayaq basma kimi tarixə düşdü. Ərazidə geoloji araşdırma apardıqdan sonra Borxqrevnik Ader burnuna gəlmiş və 1899-cu ildə ərazidə iki daxma inşa etmiş və bu Antarktidada ilk insan tikilisi hesab olunur. Ekspedisiya üzvüləri bu tikilidə 1900-cü ilin yanvarına qədər qalmış və onlar Antararkida materikində ilk qışı keçirən ekspedisiya kimi tarixə düşmüşlər. Bir tək zooloq Nikolay Xenson vəfat etmiş və onu Ader burnunda dəfn etmişlər.
Ader burnuna ən yaxın elmi-tədqiqat stansiyası Hallett stansiyasıdır. Məhz 1957–1973-cü illərdə ABŞ və Yeni Zellandiya bu stansiyadan birgə istifadə etmişdir.
Tarixi əraziləri və abidələri
Borxqrevnikin tikdiyi ilk daxma norveç şirkəti olan Strømmen Trævarefabrikkin istehsal etdiyi şam ağaclarından inşa olunub. Bu daxma indi də durur və mühafizə olunan tarixi abidələr siyahısına daxil edilib (HSM 22). Robert Skottun Terra Nova ekspediyasının şimal bölməsinin üzvüləri 1911 və 1912-ci illərdə Ader burnunda yeni bir daxma tikmişlər. Hal-hazırda bu daxma dağılmışdır.[1] Bütün bu tikililər və Nikolay Xensonun qəbri Antarktika haqqında konvensiyası zamanı qorunan abidilər siyahısına daxil edilib[2]
Ader pinqvinləri
Ader burnu dünyada Adeli pinqvinlərinin yaşayış bölgəsi kimi tanınır. Adel pinqvinlərinin ilk araşdırmaçısı Corc Levik olmuşdur. Corc 1910–13-cü illərdə Skottun antarktika ekspedisiyasının tərkibində olmuş və pinqvinlərin 1911-ci ildəki çoxalma dövrünü müşahidə etmişdir[3].
Şəkillər
- Ader burnu bölgəsinin topoqrafik xəritəsi
- Karsten Borxqrevnikin 1899-cu ildə tikdiyi daxmalar
- Nikolay Xensonun qəbri. 1899-cu ilin fotosu
- Adeli pinqvinləri Ader burnunda
İstinadlar
- "ANTARCTIC HISTORIC SITES". 2015-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-13.
- "List of Historic Sites and Monuments approved by the ATCM (2012)" Arxivləşdirilib 2018-12-11 at the Wayback Machine. Antarctic Treaty Secretariat. 2012.
- "'Sexual depravity' of penguins that Antarctic scientist dared not reveal". 2018-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-13.