Adem Kılıççı
Adem Kılıççı (18 aprel 1986[1], Ağrı[d]) — türk boksçusu. İstanbulda Fənərbaxça Boks Şöbəsinin üzvüdür[2].
Adem Kılıççı | |
---|---|
Şəxsi məlumatlar | |
Ləqəbi | Swordsman |
Vətəndaşlığı | |
Doğum tarixi | 18 aprel 1986[1] (37 yaş) |
Doğum yeri | |
Boyu | 185 sm. |
İdman növü | boks |
Rəsmi saytı |
Həyatı
Adem Kılıççı 5 mart 1986-cı ildə Ağrıda anadan olub. Əslən Azərbaycan Türklərinin alt qrupu hesab olunan Qarapapaq tayfasına mənsubdur.[3] Ailəsi Ağrıya Qafqaz köçləri ilə birgə köçmüşdür. Bu barədə o Fənərbaxça TV-yə verdiyi müsahibəsində bildirib.[4]Gənclik illərindən boksla maraqlanıb və məşqini Ağrıda alıb. Ağrı İbrahim Çeçen Universitetində təhsil alan Adem Kılıççı 2004-cü ildən Fənərbaxçanın boks komandasında çalışır. 2008 və 2012-ci il Olimpiadalarında Türkiyəni boksda təmsil edən Kılıççı 2016-cı il Olimpiadasına vəsiqə qazansa da, iştirak edə bilməyib.
Survivor Macərası
Acun Ilıcalının təqdim etdiyi Survivor yarışmasında 2017-ci ildə finala çıxsa da, Ogeday Girişkendən sonra ikinci olub. Survivor 2018 yarışmasında Nagihan Karadere ilə finala yüksələn Kılıççı həmin mövsümün çempionu olub və hal-hazırda Survivor All Star-2022-də yarışaraq finala qədər irəliləyib. Başdan sona qədər güclü yarışma sərgilməsinə rəğmən finalda sms səsverməsində rəqibinə məğlub olaraq 2-ci yerin sahibi olub. Hələ boksla məşğul olan Adəm Kılıççı 2019-cu ildə "Sportial" adlı idman zalı açıb.
Nailiyyətlər
- 2004-cü ildə Antalyada keçirilən boks üzrə dünya çempionatında gümüş medal qazanmışdır[5]
- 2007-ci ildə Çikaqoda keçirilən Həvəskar Boks üzrə Dünya Çempionatında bürünc medal qazandı[6]
- 2008-ci il Yay Olimpiya Oyunları çərçivəsində avqustun 10-da 69 kiloqram çəki dərəcəsində ilk raundda ingilis Billy Joe Saundersə 14–3 hesabı ilə uduzdu. İlk raundda 2–0, 2-ci raundda 6–1, 3-cü raundda isə 11–2 hesablı geridə qalan Kılıçcı matçı da 14–3 hesabı ilə uduzdu[7]
- 2009-cu ildə Aralıq dənizi Oyunlarında gümüş medal qazanıb. (Paskara, İtaliya)
- 2011-ci ildə böyüklər arasında Avropa çempionatında gümüş medal qazandı. (Ankara)
- 2012-ci ildə London Olimpiadasında iştirak edib. Beynəlxalq Olimpiya Komitəsinin 1 fevral 2017-ci il tarixli qərarı ilə o, dopinq testində dehidroxlormetil testosteron (turinabol) adlı qadağan olunmuş maddə aşkar edildiyi üçün London Olimpiadasından kənarlaşdırılıb və dərəcəsi (5-ci yer) ləğv edilib[8][9]
- 2013-cü ildə Aralıq dənizi Oyunlarında qızıl medal qazandı. (Mərsin)
- 2014–2015-ci il Dünya Boks Federasiyasının (AIBA) təşkilatçılığı ilə APB Peşəkar Boks Liqasında Dünya Çempionu kimi Rio Olimpiadasında iştirak etmək hüququ qazanıb. Nümunəsində qadağan olunmuş maddə aşkar edildiyi üçün o, Rioya gedə bilməyib.[10]
- 21 yanvar 2017-ci ildə yayımlanan 2017 Survivor heyətində iştirak etdi və Məşhurlar komandasında yarışdı. Qrand finalda 2-ci oldu.
- 10 fevral 2018-ci ildə yayımlanan Survivor All Star 2018-də Məşhurlar heyətində iştirak etdi. Böyük finalda Nagihan Karadereni son səsvermədə keçərək çempion olub.
- 15 yanvar 2022-ci ildə yayımlanan 2022 Survivor 2022: All Star heyətində iştirak etdi və Məşhurlar komandasında yarışdı. Qrand finalda 2-ci oldu.
İstinadlar
- https://www.olympedia.org/athletes/112918.
- "Arxivlənmiş surət". 2017-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-29.
- https://www.ajanskonya.net/survivor-2017/adem-kilicci-kurt-mu-evli-mi-adem-kilicci-nereli-detaylari-h14001.html (#bare_url_missing_title). 2021-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-10.
- https://youtube.com/FbHOi310V9Y?si=OEmXfIhXL30QozgF (#bare_url_missing_title).
- https://web.archive.org/web/20071109000040/http://www.fisu.net/site/page_421.php
- https://web.archive.org/web/20100613065841/http://aiba.org/documents/site1/wch_chicago/C75W57.pdf
- "Arxivlənmiş surət". 2018-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-29.
- https://web.archive.org/web/20170201121451/http://www.sabah.com.tr/spor/tum-sporlar/2017/02/01/adem-kiliccida-doping-cikti
- "Arxivlənmiş surət". 2020-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-29.
- "Arxivlənmiş surət". 2017-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-29.