Adana Ulu məscidi
Adana Ulu məscidi — Adanada yerləşən XVI əsrdən qalma tarixi bir məsciddir. Adana Ulu məscidi adı ilə tanınır.
Adana Ulu məscidi | |
---|---|
36°59′06″ şm. e. 35°19′50″ ş. u. | |
Ölkə | Türkiyə |
Şəhər | Adana |
Yerləşir | Adana |
Aidiyyatı | Osmanlı imperiyası |
Sifarişçi | Ramazanoğlu Xəlil Bəy |
Tikilmə tarixi | 1513—1541 |
Üslubu | Səlcuqlu memarlığı |
Vəziyyəti | stabil |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Ramazanoğulları bəyliyinin şah əsəri olan məscid, şəhərin ən mühüm tarixi tikililərindən biridir. 1998-ci ildə Sabancı mərkəz məscidinin istifadəyə verilməsinə qədər Adananın ən böyük məscidi olma xüsusiyyətini saxlamışdır.[1]
Tikintisinə Ramazanoğlu Xəlil Bəy tərəfindən 1509-cu ildə başlanıb. Xəlil Bəyin ölümündən sonra tikintisi oğlu Piri Mehmet Paşa tərəfindən 1541-ci ildə tamamlanıb. Ramazanoğlu Xəlil Bəy və Piri Mehmed Paşa ilə Mehmet Paşanın iki oğlu məscidinin cənub-şərqindəki 1541-ci il tarixli türbəsində dəfn olunublar.
Məscidin memarlığı Səlcuqlu və Məmlük üslubundadır.[2] Divarları qara ağ mərmər daşlarla bəzədilmişdir. Qərb və şərq istiqamətində qapıları var. Qərb qapısı üzərində iki ilan şəkli olan bir günbəz və bir kitaba var. Şərq qapısı üzərində və minbərin üstündə də bir kitabə yerləşir. XVI əsrdən qalma çinilərlə məşhurdur.
Mədrəsə, türbə, imarət, darül hədis, darül şəfa, sıbyan məktəbi kimi quruluşları da ehtiva edən Ramazanoğlu kompleksinin bir hissəsidir. Bu məscidin günümüzə qədər gəlmiş hissələri - mədrəsə, türbə və Ramazanoğulları Saray mərasimi (Tuz hanı) bölməsidir.
1998-ci il Adana-Ceyhan zəlzələsində zərər görən məscid, 1998-2004-cü illərdə bərpa olundu və ibadətə açıldı.
Şəkillər
Həmçinin bax
- "Selçuklu Memluk ve Osmanlı mimarisiden bir esinti: Ulu Cami". 2021-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-25.
- "Adana'da 10 Tarihi Eser". 2015-01-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-01-25.