Adamxan

Adamxan, Vardadzor (erm. Վարդաձոր) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd.[2]

Adamxan
40°12′ şm. e. 45°12′ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.986 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 2.864 nəf. (2011)[1]
Rəsmi dili
Adamxan xəritədə
Adamxan
Adamxan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Rayon mərkəzindən 14 km məsafədə yerləşir. Kəndin digər adı Atamxan olmuşdur. Qafqazın 5 verstlik xəritəsində[3] qeyd edilmişdir.

Toponim şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.VII.1968-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Vardadzor (erm. Վարդաձոր) qoyulmuşdur.

Əhalisi

1828-ci ilə qədər burada azərbaycanlılar yaşamışdır.

1828-ci ildən sonra Türkiyədən köçürülən (169 nəfər) ermənilərin burada yerləşdirilməsi ilə bağlı [4] azərbaycanlılar deportasiya olunmuşdur.

İstinadlar

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2
  3. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.22
  4. Шопен И. Исторический памятник состояния Армянской области в эпоху ея присоединения к Российской империи, СПб, Типография императорский Академии Наук, 1852. s.595–598
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.