Adak adası

Adak adası (ing. Adak Island, aleut. Адаҳ) — Aleut adaları qrupuna daxil olan Andreyanov adaları qrupunun ən böyük adasıdır. Ada inzibati cəhətdən ABŞ-nin Alyaska ştatının tərkibinə daxildir. 2010-cu il əhalinin siyahıya alınma məlumatlarına əsasən adanın əhalisi 326 nəfərdən ibarətdir.

Adak adası
ing. Adak Island, aleut. Адаҳ
Ümumi məlumatlar
Sahəsi 711,18 km²
Uzunluğu
  • 48 km
Eni 35 km
Hündür nöqtəsi 1196 m
Əhalisi 326 nəfər (2010-cu il)
Yerləşməsi
51°53′00″ şm. e. 176°39′00″ q. u.
Ölkə  ABŞ
Region
Akvatoriya
Adak adası xəritədə
Adak adası
Adak adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğrafiyası

Adak adasında tundra

Adak adasının ümumi sahəsi 711,18 km²-dir. Sahəsinin böyüklüyünə görə ada ABŞ-nin ən böyük 25-ci adasıdır. Adak adasının uzunluğu təxminən 54,5 km, eni isə 35 km-dir. Adanın ən yüksək nöqtəaı (Moffett dağı) dəniz səviyyəsindən 1196 m hündürlükdə yerləşmişdir. Dağ adanın şimal-qərb qurtaracağında yerləşib. Ada dağlıqdır. Adanın səthi tundra bitkiləri, mamırlar, şibyələrqıjılar ilə örtülmüşdür. Polystichum aleuticum adlı qıjı növü Adak adası üçün endemik hesab olunur və hal-hazırda yox olmaq təhlükəsi altındadır.[1]

Adanın iqlimi soyuq dəniz iqlimi ilə səciyyələnir. Ada sıx dumanlarla və yağıntılarla örtülü olur.

Tarixi

Ada 1753-cü ildə rus sənaye sahibləri tərəfindən aşkar edilmişdir. Həmin şəxslər adanı "Sv. İeremiya" gəmisi vasitəsilə tapmışdılar. Gəmiçilər adada aleutların qəsəbəsini aşkar etmişlər. Bəzi hallarda onlar arasında silahlı konfliktlər olurdu. 1759-cu ildə adaya daha bir rus gəmisi olan "Sv. Vladimir" gəmisi gəldi. Onların da gəlişi yerli aleutlarla münaqişələrə səbəb oldu. Gəmidə rus sahibkarları yer alırdı.[2].

Ada 1867-ci ildə Alyaska ilə birlikdə ABŞ-yə satılmışdır.

Nəqliyyat

Adada Adak Hava Limanı yerləşir. Hal-hazırda Alaska Airlines aviaşirkəti tərəfindən Boeing 737 təyyarələri ilə Ankoricə həftədə iki müntəzəm reys həyata keçirilir. Digər nəqliyyat infrastrukturuna 3 ədəd dərin sularda yerləşən yanacaqdoldurma kompleksi daxildir. Adada təxminən 26 kilometrlik avtomobil yolu yerləşmişdir. Yol asfalt qatı ilə örtülüdür.

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.