Adem Kılıççı

Adem Kılıççı (18 aprel 1986[1], Ağrı[d]) — türk boksçusu. İstanbulda Fənərbaxça Boks Şöbəsinin üzvüdür[2].

Adem Kılıççı
Şəxsi məlumatlar
Ləqəbi Swordsman
Vətəndaşlığı
Doğum tarixi 18 aprel 1986(1986-04-18)[1] (37 yaş)
Doğum yeri
Boyu 185 sm.
İdman növü boks
Rəsmi saytı

Həyatı

Adem Kılıççı 5 mart 1986-cı ildə Ağrıda anadan olub. Əslən Azərbaycan Türklərinin alt qrupu hesab olunan Qarapapaq tayfasına mənsubdur.[3] Ailəsi Ağrıya Qafqaz köçləri ilə birgə köçmüşdür. Bu barədə o Fənərbaxça TV-yə verdiyi müsahibəsində bildirib.[4]Gənclik illərindən boksla maraqlanıb və məşqini Ağrıda alıb. Ağrı İbrahim Çeçen Universitetində təhsil alan Adem Kılıççı 2004-cü ildən Fənərbaxçanın boks komandasında çalışır. 2008 və 2012-ci il Olimpiadalarında Türkiyəni boksda təmsil edən Kılıççı 2016-cı il Olimpiadasına vəsiqə qazansa da, iştirak edə bilməyib.

Survivor Macərası

Acun Ilıcalının təqdim etdiyi Survivor yarışmasında 2017-ci ildə finala çıxsa da, Ogeday Girişkendən sonra ikinci olub. Survivor 2018 yarışmasında Nagihan Karadere ilə finala yüksələn Kılıççı həmin mövsümün çempionu olub və hal-hazırda Survivor All Star-2022-də yarışaraq finala qədər irəliləyib. Başdan sona qədər güclü yarışma sərgilməsinə rəğmən finalda sms səsverməsində rəqibinə məğlub olaraq 2-ci yerin sahibi olub. Hələ boksla məşğul olan Adəm Kılıççı 2019-cu ildə "Sportial" adlı idman zalı açıb.

Nailiyyətlər

  • 2004-cü ildə Antalyada keçirilən boks üzrə dünya çempionatında gümüş medal qazanmışdır[5]
  • 2007-ci ildə Çikaqoda keçirilən Həvəskar Boks üzrə Dünya Çempionatında bürünc medal qazandı[6]
  • 2008-ci il Yay Olimpiya Oyunları çərçivəsində avqustun 10-da 69 kiloqram çəki dərəcəsində ilk raundda ingilis Billy Joe Saundersə 14–3 hesabı ilə uduzdu. İlk raundda 2–0, 2-ci raundda 6–1, 3-cü raundda isə 11–2 hesablı geridə qalan Kılıçcı matçı da 14–3 hesabı ilə uduzdu[7]
  • 2009-cu ildə Aralıq dənizi Oyunlarında gümüş medal qazanıb. (Paskara, İtaliya)
  • 2011-ci ildə böyüklər arasında Avropa çempionatında gümüş medal qazandı. (Ankara)
  • 2012-ci ildə London Olimpiadasında iştirak edib. Beynəlxalq Olimpiya Komitəsinin 1 fevral 2017-ci il tarixli qərarı ilə o, dopinq testində dehidroxlormetil testosteron (turinabol) adlı qadağan olunmuş maddə aşkar edildiyi üçün London Olimpiadasından kənarlaşdırılıb və dərəcəsi (5-ci yer) ləğv edilib[8][9]
  • 2013-cü ildə Aralıq dənizi Oyunlarında qızıl medal qazandı. (Mərsin)
  • 2014–2015-ci il Dünya Boks Federasiyasının (AIBA) təşkilatçılığı ilə APB Peşəkar Boks Liqasında Dünya Çempionu kimi Rio Olimpiadasında iştirak etmək hüququ qazanıb. Nümunəsində qadağan olunmuş maddə aşkar edildiyi üçün o, Rioya gedə bilməyib.[10]
  • 21 yanvar 2017-ci ildə yayımlanan 2017 Survivor heyətində iştirak etdi və Məşhurlar komandasında yarışdı. Qrand finalda 2-ci oldu.
  • 10 fevral 2018-ci ildə yayımlanan Survivor All Star 2018-də Məşhurlar heyətində iştirak etdi. Böyük finalda Nagihan Karadereni son səsvermədə keçərək çempion olub.
  • 15 yanvar 2022-ci ildə yayımlanan 2022 Survivor 2022: All Star heyətində iştirak etdi və Məşhurlar komandasında yarışdı. Qrand finalda 2-ci oldu.

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.