Adəm Əmirov

Əmirov Adəm Elçin oğlu (26 avqust 1999, Xındırıstan, Ağdam rayonu2020, Ağdam rayonu) — II Qarabağ Müharibəsi şəhidi, ölmündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.

Adəm Əmirov
Şəxsi məlumatlar
Doğum tarixi 26 avqust 1999(1999-08-26)
Doğum yeri
Vəfat tarixi 2020
Vəfat yeri
Dəfn yeri
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Respublikası, Azərbaycan Silahlı Qüvvələri
Rütbəsi MAXE hərbi qulluqçu
Döyüşlər
Təltifləri "Vətən uğrunda" medalı  — 2020 "Ağdamın azad olunmasına görə" medalı  — 2020

Həyatı

Adəm Əmirov 26 avqust 1999-cu ildə Ağdam rayonunun Xındırıstan kəndində doğulub.[1] Əslən rayonun Papravənd kəndindəndir.

Hərbi xidməti

2017-ci ildə həqiqi hərbi xidmətə çağırılıb, o xidmətini 112 saylı hərbi hissədə başlayıb. Xidmətini 2019-cu ildə başa vurub. 15 iyul 2020-ci ildə MAXE kimi xidmətə qəbul olunub və tuşlayıcı kimi xidmətə başlayıb. Sonra manqa komandiri olmuşdur.

II Qarabağ müharibəsi zamanı Ağdam rayonunda şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Adəm Əmirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Adəm Əmirov ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edildi.[3]

Təltifləri

İstinadlar

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.