Adıge-Xabl rayonu
Adıge-Xabl rayonu (abq. Адыгьа-ХӀабльа район, kab.-çərk. Адыгэ-Хьэблэ район / Адыгэ-Хьэблэ куей, qaraç.-balk. Адыге-Хабль район, noq. Адыге-Хабль район) — Rusiya Federasiyası, Qaraçay-Çerkesiya Respublikasının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Adıge-Xabl auludur.
Adıge-Xabl rayonu | |
---|---|
50° şm. e. 38° ş. u. |
|
Ölkə | |
İnzibati mərkəz | Adıge-Xabl |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 1957 |
Sahəsi |
|
Hündürlük | 645 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | 87870 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası
Adıge-Xabl rayonu Qaraçay-Çərkəz Respublikasının şimal-qərb hissəsində yerləşir. Rayonun ümumi sahəsi 323,37 km²-dir.
Aşağıdakı ərazilərlə həmsərhəddir:cənubda Xabez və Abazin rayonları, qərbdə Krasnodar diyarının Otradnenski rayonu, şimalda Stavropol diyarının Koçubeevski rayonu, şərqdə Prikuban rayonu, həmçinin Noqay rayonu. Noqay rayonu Adıge-Xabl rayonunu iki hissəyə bölür. Zonalı rayonlaşdırmaya görə ərazisi şimaldan cənuba doğru 2 zonaya bölünür - düzənlik və dağətəyi. Düzənliklər üstünlük təşkil edir. Rayonda orta yüksəklik dəniz səviyyəsindən 400 ilə 700 metr arasında dəyişir.
Ərazisindən axan ən iri çaylar: Kuban, Böyük Zelençuk, kiçik Zelenşuk, Böyük Şeblenok və Kiçik Şeblonok.
Tarixi
1935-ci ildən 1956-cı ilə qədər İkon-Xalq rayonu Çərkəz Muxtar Vilayətinin bir hissəsi olaraq mövcud idi. O zamanlar rayon mərkəzi əvvəlcə İkon-Xalq kəndi, 1936-cı ilin sonundan isə Adıge-Xabl kəndi olmuşdur. 1935-1953-cü illərdə mərkəzi Ersakon kəndində olan Kuvinski rayonu 1953-cü ildə İkon-Xalq rayonuna birləşdirilir. 1956-cı ildə İkon-Xalq rayonu ləğv edilir. 1957-ci ildə Qaraçay-Çərkəz Muxtar Vilayəti Çərkəz Muxtar Dairəsi əsasında yenidən quruldu. 15 yanvar 1957-ci ildə Adıye-Xabl rayonu yenidən təşkil olunur və tərkibinə 5 kənd şurası daxil edilir: Adıge-Xabl, Apsuanski, Staro-Kuvinski, Erkin-Yurt və Ersakon.
1 fevral 1963-cü ildə mövcud olan 6 kənd rayonlarının yerində təşkil edilir: Adıge-Xabl (mərkəzi Adıge-Xabl auılu), Zelençuk (mərkəzi Zelençuk aulu), Qaraçaevsk (mərkəzi Qaraçevsk şəhəri), Maloqaraçaevsk (mərkəzi Üçkeken aulu); Prikubanski (mərkəzi Ust-Çequtinski aulu), Xabez (mərkəzi Xabez aulu).
29 oktyabr 1993-cü ildə rayonun bütün kənd sovetlikləri kənd icra nümayəndəliyinə çevrilir.
2008-ci ildə Noqay rayonu Adıge-Xabl rayonundan ayrılır. Bu zaman 5 kənd yaşayış məntəqəsi yeni qayona verilir (Adil-Xalq, İkon-Xalq, Erken-Xalq, Erken-Şaxar və Erken-Yurt).
Əhali
- Milli tərkib
Xalq | 2002[2] | 2010[3] |
---|---|---|
çərkəzlər | 6 323 (39,1 %) | 5 364 (18,9 %) |
abazinlər | 4 827 (29,8 %) | 3 766 (13,2 %) |
ruslar | 1 602 (9,9 %) | 4 158 (14,6 %) |
qaraçaylılar | 989 (6,1 %) | 1 111 (3,9 %) |
noqaylar | 738 (4,6 %) | 11 621 (40,9 %) |
türklər | 431 (2,7 %) | 322 (1,1 %) |
yunanlar | 421 (2,6 %) | 363 (1,3 %) |
tatarlar | 159 (1,0 %) | 409 (1,4 %) |
digərləri | 574 (3,5 %) | 1 312 (4,6 %) |
digər millətlər | 122 (0,8 %) | ... |
ümumi | 16 186 (100,0 %) | 28 426 (100,0 %) |
- Cins tərkibi
2010-cu il Ümumrusiya siyahıya alınmasına olan məlumat[4]:
Yaş | Kişilər, nəf. | Qadınlar, yaş. | Ümumi say. | ümumi əhaliyə olan nisbət, % |
---|---|---|---|---|
0 — 14 yaş | 1 695 | 1 636 | 3 331 | 20,58 % |
15 — 59 yaş | 5 137 | 5 495 | 10 632 | 65,69 % |
60 yaşdan yuxarı | 803 | 1 419 | 2 222 | 13,73 % |
bildirməyənlər | 0 | 1 | 1 | 0,01 % |
ümumi | 7 635 | 8 551 | 16 186 | 100,0 % |
Kişilər — 7 635 nəf. (47,2 %). Qadınlar — 8 551 nəf (52,8 %).
Əhalinin orta yaşı — 35,0 yaş. Kişilərin orta yaşı — 33,4 yaş. Qadınların orta yaşı — 36,5 yaş.
Mənbə
İstinadlar
- http://www.gks.ru/free_doc/doc_2019/bul_dr/mun_obr2019.rar.
- Данные Всероссийской переписи населения 2002 года: таблица 02c. М.: Федеральная служба государственной статистики, 2004. (2002zip Arxivləşdirilib 2014-10-06 at the Wayback Machine, см. прим. Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine)
- "Итоги Всероссийской переписи населения 2010 года. Том 3. Национальный состав и владение языками, гражданство". 2017-12-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-17.
- "Том 1. Таблица 2.2 Население КБР по возрастным группам и полу". 2018-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-09.