Adış Məmmədov
Adış Məmmədov (17 dekabr 1968, Seyidbazar, Cəlilabad rayonu) — alim, diplomat, Azərbaycan Respublikasının Çexiyadakı Fövqəladə və Səlahiyyətli Səfiri[1].
Adış Məmmədov | |
---|---|
Adış Sakit oğlu Məmmədov | |
Azərbaycan Respublikasının Çexiyada Fövqəladə və Səlahiyyətli Səfiri | |
Vəzifədədir | |
12 mart 2020-ci ildən | |
Azərbaycan Respublikasının İsveç Krallığında, Norveç Krallığında və Finlandiya Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri | |
12 avqust 2013 – 12 noyabr 2018 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 17 dekabr 1968 (55 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | diplomat |
Tərcümeyi-hali
Adış Sakit oğlu Məmmədov 1968-ci il 17 dekabrda Cəlilabad rayonunun Seyidbazar kəndində doğulmuşdur.
Qafqaz müsəlmanlarının XII Şeyxülislamı Allahşükür Paşazadənin kürəkənidir[2].
1986-cı ildə orta məktəbi Gümüş medalla bitirərək Bakı Dövlət Universitetinin mexanika riyaziyyat fakültəsinə daxil olmuşdur. 1991-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirərək Bakı Dövlət Universitetinin riyazi analiz ixtisası üzrə aspiranturasına daxil olmuşdur. 1995-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini almışdır.
2002-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinə daxil olmuş, 2005-ci ildə isə beynəlxalq hüquq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 2012-ci idə AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun doktaranturasına daxil olmuş, hal-hazırda "Daxili münaqişələrin tənzimlənməsinin siyasi və hüquqi aspektləri" adlı doktorluq dissertasiyasının (siyasi elmlər doktoru) üzərində çalışır.
1995–1998-ci illərdə BDU-nun Riyazi-analiz kafedrasında müəllim və baş müəllim vəzifələrində çalışmışdır.
1998–2000-ci illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət şöbəsində məsləhətçi vəzifəsində çalışmışdır.
2000-ci ildən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində I Katib vəzifəsinə təyin olunmuşdur.
2001–2002-ci illərdə Xarici İşlər Nazirliyinin Mərkəzi Asiya ölkələri şöbəsinin müdiri vəzifəsində çalışmışdır.
2002–2005-ci illərdə Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyində I Katib vəzifəsində çalışmışdır.
2005–2013-cü illərdə Xarici İşlər Nazirliyidə Müşavir vəzifəsində çalışmışdır.
2013–2018-ci illlərdə Azərbaycan Respublikasının İsveç Krallığında, eyni zamanda Norveç Krallığında və Finlandiya Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsində çalışmışdır.
12 mart 2020-ci ildən Azərbaycan Respublikasının Çexiyada Fövqəladə və Səlahiyyətli Səfiri.
Beynəlxalq münasibətlərə dair 2 kitabın, ölkə və xarici mətbuat səhifələrində çap olunmuş bir sıra məqalələrin müəllifidir.
Elmi nəşrlər
- Diplomatik lüğət / Bakı: QAPP-POLIQRAF NPK, 2001
- Beynəlxalq munaqişələr / Beynəlxalq münaqişələr.- Bakı: Təhsil, 2002
İstinadlar
- A. S. Məmmədovun Azərbaycan Respublikasının Çex Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- "Şeyxülislamın kürəkəni səfir oldu". musavat.com. August 13, 2013. İstifadə tarixi: November 13, 2018.