Kəpənəkçiçək
Kəpənəkçiçək (lat. Aconitum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Kəpənəkçiçək | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Streptophyta Klad: Embryophytes Klad: Polysporangiophytes Klad: Tracheophytes Klad: Klad: Klad: Eudicots Dəstə: Fəsilə: Yarımfəsilə: Ranunculoideae Triba: Delphinieae Cins: Kəpənəkçiçək |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Yunan mifologiyasına görə bu bitki, Heraklın aldadıb axirətdən gün işığına çıxartmış olduğu üçbaşlı köpək Kerber gün şüalarına tab gətirməyib quduzluqla qusaraq ifraz etdiyi seliyin torpağa düşməsindən göyərmişdir. Bu hadisə Akoni (yun. Aconae - ox, oxlu) şəhəri yaxınlığında baş verdiyindən bitki də belə adlandırılmışdır.
Botaniki təsviri
Akonit 50-199 sm hündürlükdə, çoxillik bitkidir. Çiçəkləri sarı, moruğu, ya da tünd mavi rəngdə olur. Ehtiva etdiyi alkoloidlər səbəbi ilə zəhərlidir.
Növləri
- Karakol kəpənəkçiçəyi (Aconitum karakolicum Rapaicr)
- Kuznetsov kəpənəkçiçəyi (Aconitum kusnezoffii Reichenb.)
- Qurdboğan kəpənəkçiçək (Aconitum lycoctonum L.)
- Turpabənzər kəpənəkçiçəyi (Aconitum napellus L.)
- Şərq kəpənəkçiçəyi (Aconitum orientale Mill.)
- Cunqar kəpənəkçiçəyi (Aconitum soongoricum Stapf)
- Kölgəlik kəpənəkçiçəyi (Aconitum umbrosum (Korsh.) Kom.)
İstinadlar
- Linney K. Genera plantarum eorumque characteres naturales, secundum numerum figuram, situm, & proportionem omnium fructificationis partium. 5 Stokholm: 1754. S. 236. doi:10.5962/BHL.TITLE.746
- Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 532.
Həmçinin bax
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.