Acnan Türk

Acnan Türk1728-cü ildə Osmanlı İmperiyasının İrəvan əyalətinin Qapan livası tərkibində nahiyə[1]; Qarabağ xanlığının mahallarından biri.

Mahal 9 kənddən ibarət idi və cəmi 67 (42-i vergiödəyən, 25-i ödəməyən) ailəyə malik idi. Mahalda müsəlmanların və qeyri-müsəlmanların sayı demək olar ki, bərabər idi.[2] Bu sırf türk soylu mahalda xristianların sayının azərbaycanlılara bərabər olması yəqin ki, mahalda azərbaycanlıların xeyli hissəsinin birinci Rusiya-Qacar müharibəsi zamam Qacarlara və Osmanlılara sığınması ilə bağlı idi. Eyni zamanda, ən böyük xristian (13 ailədən ibarət) Noraşenik kəndinin adı bu kənddə yaşayan ermənilərin Qarabağa gəlmə olduqlarına işarədir.[2]

İstinadlar

  1. "Arxivlənmiş surət" (PDF). 2011-11-12 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-11-27.
  2. Zemfira Hacıyeva. Qarabağ xanlığı: sosialiqtisadi münasibətlər və dövlət quruluşu (PDF). Bakı: "Təhsil". 2007. səh. 110. 2022-07-11 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-07-09.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.