Tetraçalan

Tetraçalan (lat. Accipiter gentilis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl qırğı cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir.[3] Bəzən QuzuqapanŞahbaz da adlanır.

Tetraçalan
Elmi təsnifat
Ranqsız:
Amorphea
Ranqsız:
Obazoa
Ranqsız:
Opisthokonta
Ranqsız:
Holozoa
Ranqsız:
Aləm:
Yarımaləm:
Klad:
ParaHoxozoa
Klad:
Nephrozoa
Tipüstü:
Sinif:
İnfrasinif:
Klad:
Neoaves
Klad:
Passerea
Klad:
Telluraves
Klad:
Accipitrimorphae
Fəsilə:
Yarımfəsilə:
Növ:
Tetraçalan
Beynəlxalq elmi adı
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  175300
NCBI  8957
FW  94494

Kateqoriya və statusu

(III — VU). Həssas, sayı azalmaqda olan növdür.

Qısa təsviri

Qarğadan iridir. Bel tərəfi qonur-boz, qarın tərəfi isə açıq rənglidir və üzərində nazik köndələn tünd zolaqlar var. Gözləri və ayaqları sarıdır .

Yayılması

Arealı genişdir: Avropa, Asiya, Şimal-Qərbi Afrika, Madaqaskar, Şimali Amerika. Azərbaycanda Talış və Şərqi Qafqaz dağ meşələrində yayılıb .

Yaşayış yeri və həyat tərzi

Hündür ağaclardan ibarət meşə quşudur. Daimi cütləri olur. Hər cüt yuva sahəsi seçir, oraya qonşu cütləri buraxmır. Hündür ağacda (10–15 m) yuva tikir. Şam ağacını xoşlayır. Berkut qartal (Aquila chrisaetus) kimi güclü yırtıcının yuvasını zəbt edə bilir. Eyni cütün sahəsində 2–3 yuva olur, hər il birində nəsil verir. Aprelin axırlarında 2–3 ədəd yaşıl çalarlı ağ yumurta verir. Dişi quş 32 gün kürt yatır, erkək onu yemləyir. Yem üçün yuvasından 5–6 km uzağa qədər uça bilir. Kannibalizmi güclüdür. Avqust ayında hər yuvada 1–2 bala pərvazlanır.

Sayı

XX əsrə qədər adi saylı olub. XX əsrdə azalmağa başlayıb. 1950-ci illərdən sonra populyasiyasının sıxlığı azalıb nadir olub. XXI əsrin əvvəlində 55 cüt idi, indi isə 25 cütdən çox deyil. Son 10 ildə 36,4 % azalıb.

Məhdudlaşdırıcı amillər

Zərərli yırtıcı hesab edilib ovlanması, ovçu quş kimi istifadə etmək üçün balalarının yuvadan götürülüb ələ öyrədilməsi, meşələrin qırılması, yem bazasının zəifləməsi və zəhərlənməsi, səs-küyün çoxalması.

Qorunması üçün qəbul edilmiş tədbirlər

Ovlanması qadağandır. Beynəlxalq ticarəti yasaqdır, Zaqatala və İlisu Dövlət Təbiət Qoruqlarında, Hirkan, Altıağac, Şahdağ və Göy-göl Milli Parklarında nəzarət altında saxlanılır. Azərbaycan Respublikasının və Naxçıvan MR-in Qırmızı kitablarına daxil edilib. CİTES, Bern və Bonn konvensiyalarına daxildir.

Qorunması üçün məsləhət görülmüş tədbirlər

Yem bazasının qorunub saxlanılması, yuva sahəsindən ağac kəsilməsinin qarşısının alınması.

İstinadlar

  1. Integrated Taxonomic Information System (ing.). 1996.
  2. IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3
  3. "Azərbaycanda təhlükədə olan quşlar". 2013-07-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-22.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.