Acarlı
Acarlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Novruzlu kənd inzibati ərazi dairəsində qəsəbə.
Acarlı | |
---|---|
39°58′39″ şm. e. 47°00′45″ ş. u. | |
Ölkə | Azərbaycan |
Region | Ağdam rayonu |
Rayon | Ağdam rayonu |
|
Acarlı Ağdam rayonunun Novruzlu inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Toponimiyada atsa/aca coğrafi termin kimi "iti uclu qaya; yüksəklik; dağətəyi yer" mənalarını ifadə edir.
Acarlı kəndində gedən döyüşlərdə bir çox şəhid verilmişdir.Bunlardan biridə Sadiq Hümbətovdur.O, 1990-cı ildə hərbiyə çağırılmış və müxtəlif kəndlərində ermənilərə qarşı uğurla vuruşmuşdu. 4 illik döyüşdən sonra ,Acarlı üzərində gedən döyüşlərdə qəhrəmancasına döyüşmüş və mart ayının 15-də, yaralanmış Azərbaycan əsgərini qurtarmaq istəyərkən mənfur düşmənin snayper gülləsinə tuş gəlmiş və qəhrəmancasına həlak olmuşdur. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.[1]
İstinadlar
- Acarlı // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.