Acı ağəsmə
Acı ağəsmə (lat. Clematis flammula) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin ağəsmə cinsinə aid bitki növü.
Acı ağəsmə | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Streptophyta Klad: Embryophytes Klad: Polysporangiophytes Klad: Tracheophytes Klad: Klad: Klad: Eudicots Dəstə: Fəsilə: Yarımfəsilə: Ranunculoideae Triba: Anemoneae Cins: Növ: Acı ağəsmə |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Təbii yayılması
Təbiətdə növün arealı Uzaq Şərqi əhatə edir. Kolluqlarda, meşələrdə, çayların sahillərində, daşlı yamaclarda bitir.
Botaniki təsviri
Gövdələri dırmaşan, çoxsaylı, sıx hörük əmələ gətirir. Yarpaqları lələkvari, alt hissələri üç yerə bölünmüş, digərləri bütövdür; hissələri yumurtavari-lansetvari, uzun-ucu biz, kənarları oyuqlu-dişli, yuxarı tərəfi batıq, alt tərəfi qabarıq damarcıqlı, əsasən çılpaq, bəzən bir az tükcüklüdür. Çiçəkləri xırda, uzunsov, çoxçiçəkli çiçək qruplarına yığılmışdır. Kasayarpaqları ağ və ya açıq sarı, uzunluğu 1,5 sm-dək, üst tərəfi tükcüklüdür. Erkəkcik saplaqları çılpaqdır. Meyvələri az batıq, çox və ya az tükcüklüdür. Sütuncuğun uzunluğu 3 sm-dir.
Ekologiyası
İstiyə, işığa davamlıdır. Torpağa tələbkar deyildir.
Azərbaycanda yayılması
Respublikamızda mədəni şəraitdə becərilir.
İstifadəsi
Səhiyyədə və səbətlərin hazırlanmasında, yaşıllaşdırmada tək və qrup əkinlərində istifadə olunur.
İstinadlar
- Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 544.