Absarokit
Absarokit — Yellouston parkının effuziv süxurlar seriyasından olub, damar və axıntılar əmələ gətirən porfir və ya aydın kristallik əsasi tərkibli süxurlardır. Absarokit əsas kütləsində (şüşəlidən tam kristalliyədək) çoxlu miqdarda olivin və avgit pürüzləri iştirak edir, çöl şpatları isə olmur. Mineraloji tərkibi: sanidin (25%), avgit (25%), olivin (24%), plagioklaz (22%), filiz mineralları, apatit və biotit (3%). Absarokit şoşonit və banakitlərlə birlikdə vahid ümumi seriya əmələ gətirir.
Absarokit |
---|
İstinadlar
Mənbə
- Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Xarici keçidlər
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.