Abiogenez
Abiogenez — Yerdə həyatın mənşəyi nəzəriyyəsinə aiddir. İlkin oksigensiz atmosferdə qeyri-üzvi (bioloji) reaksiyalar, yəni canlı orqanizmlər iştirak etmədən üzvi birləşmələrin əmələ gəlməsi prosesi.[1]
Canlı həyatın bəsit üzvi birləşmələr kimi cansız maddədən təbii olaraq əmələ gəlmə prosesidir. Bu hadisənin Yer kürəsində 3.8 ilə 4.1 milyard il əvvəl baş verdiyi təxmin olunur. Abiogenez araşdırmaları laboratoriya təcrübələri yanaşı çağdaş canlılar haqqında biliklərdən yola çıxaraq həyat öncəsi kimyəvi reaksiyaların Yer kürəsindəki canlı orqanizmləri necə əmələ gətirdiyini aydınlaşdırmağa çalışır.[2][3]
Biologiyada Yer üzərində həyatın təkamülü 2 əsas mərhələyə bölünür.
- Abiogenoz- qeyri bioloji yolla həyatın törəməsi.
- Biogenoz- bioloji yolla sadədən mürəkkəbə doğru canlıların inkişafı.
Mərhələləri
Abiogen inkişaf özü 3 ardıcıl mərhələdən ibarətdir.
1. Bioloji monomerlərin abiogen (kimyəvi, fiziki) yolla əmələ gəlməsi. 1924-cü ildə Sovet alimi Oparinin "Yer üzərində həyatın törəməsi" (Возникновение жизни на земле) kitabını nəşr edildi. Bu kitabda o, abiogen təkamülü sübut üçün arqumentlər irəli sürdü. Tezlikə elm aləmində Oparinin ideyaları qəbul olunmağa başladı. Onun ardınca ingilis təbiətşunası Holdeyn bu sahədə işlər görməyə başladı. Abiogen təkamül nəzəriyyəsinə görə ilkin atmosfer indiki atmosferdən öz tərkibinə görə çox fərqlidir. Onun tərkibi sərbəst H2 və onun birləşmələri olan H2O, CH4, NH3, HCN-ilə boldur. Sonralar uzun Abiogen təkamül nəticəsində bu maddələrdən üzvi maddələr törədi. Lakin IX əsr-XX əsrin əvvəllərində bu fikir elədə inandırıcı görünmürdü. Çünki vitalistlərin fikrincə, üzvi maddələr yalnız və yalnız canlı orqanizmdə "həyat qüvvəsinin" təsiri ilə yarana bilər. Başqa cür qeyri-mümkündür. Sanralar bu nəzəriyyə darmadağın edildi. 1953-cü ildə amerikan alimi S.L.Miller ilkin atmosferdə mövcud olmuş maddələrin qatışığına 60000 V gərginliyində elektrik cərəyanı buraxdı. Həmin bu sistemdə 80 C0 temperatur və təzyiq yaratmaqla bir neçə gündən sonra qarışqa turşusunu və bir neçə amin turşusunu almağa müəssər oldu. Beləliklə Qeyri-üzvi maddələrdən Üzvi maddələrin əmələ gəlməsi praktiki olaraq sübut olundu.
2. Bioloji monomerlərdən Bioloji polimerlərin əmələ gəlməsi.Abiogen təkamüldən sonra yer üzərində şərait nisbətən yaxşılaşdı- həyat üçün yararlı oldu. Bu şəraitdə sadə monomerlərin birləşib daha mürəkkəb və daha yüksək molekul kütləsinə malik olan yüksəkmolekullu birləşmələr əmələ gətirdi. Beləliklə mürəkkəb fəza formasına, yüksək molekul kütləsinə və su ilə məhdudlanan pərdəyə malik, "orqanizmlər" əmələ gəldi. Bunlar koaservatlar idi. Zaman keçdikcə koaservatlar bir birini "udur" (sadə qidalanma) və böyüyürdü
3. Bioloji polimerlərdən daha mürəkkəb orqanizmlərin—ilkin orqanizmlərin (probionit), membran strukturunun, lipidlərin əmələ gəlməsi.Təkamül nəticəsində koaservatların ətrafında lipid-yağ təbəqəsi əmələ gəldi. Tədricən onlar mürəkkəbləşərək seçici membrana çevrilə bildilər. Seçici membranın təkmilləşməsi nəticəsində ilkin hüceyrələrdən əvvəl özünü tənzimləyən orqanizmlər meydana çıxdı. Daha sonra ilkin nüvəsiz hüceyrələr-prokariotlar meydana çıxdı. İlkin orqanizmlər hetrofit olmuşlar və sudakı üzvi maddələrdən qida kimi istifadə etmişlər.
İstinadlar
- Məmmədov Q.Ş. Xəlilov M.Y. Ekoloqların məlumat kitabı. "Elm" nəşriyyatı. Bakı: 2003. 516 s.
- Scharf, Caleb; və b. "A Strategy for Origins of Life Research". Astrobiology (journal). 15 (12). Sentyabr 2016: 1031–1042. doi:10.1089/ast.2015.1113. İstifadə tarixi: 20 December 2015.
- Oksford Lüğəti