Aberrasiya (optika)
Aberrasiya (latınca. aberrateo-meyletmə, kənara çıxma) — optik sistemdə alınan təsvirlərin təhrif olunması.
Üç növ aberrasiya müşahidə olunur:
- Sferik
- Xromatik
- Astiqmatizm
Linza və güzgülərdə aberrasiyalar
Real optik sistemlərdə nöqtəvi işıq mənbəyinin xəyalı yalnız dəqiq seçilməyən dairə və ya asimmetrik formalı ləkə şəklində olur. Buna səbəb optik sistemdə aberrasiya adlanan xətaların baş verməsidir.
Müasir astrofizikada müşahidə zamanı fotoqrafik lövhələrlə yanaşı yük əlaqəli cihazlar (YƏC) da istifadə edilir. Belə qəbuledicilərdə xəyalın ölçüsü 10-12 mkm olarsa, onda optik sistem aberrasiyalardan azad mükəmməl sistem hesab olunar. Bu da fotoemulsiyanın zərrəciyinin və ya YƏC qəbuledicilərində bir elementin-pikselin xətti ölçüləri ilə müəyyən olunur.
Xarici keçidlər
- Microscope Objectives: Optical Aberrations section of Molecular Expressions website, Michael W. Davidson, Mortimer Abramowitz, Olympus America Inc., and The Florida State University
- Photographic optics Arxivləşdirilib 2016-08-13 at the Wayback Machine, Paul van Walree
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.