İriçiçəkli abeliya
İriçiçəkli abeliya (lat. Abelia × grandiflora) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin abeliya cinsinə aid bitki növü.
İriçiçəkli abeliya | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Streptophyta Klad: Embryophytes Klad: Polysporangiophytes Klad: Tracheophytes Klad: Klad: Klad: Eudicots Klad: Core eudicots Klad: Superasterids Klad: Klad: Campanulids Dəstə: Fəsilə: Yarımfəsilə: Linnaeoideae Cins: Növ: İriçiçəkli abeliya |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Təbii yayılması
Çin, Himalay dağlarında geniş yayılmışdır. Abeliya Qafqazın Qaradəniz sahilində açıq sahədə yaxşı bitir.
Botaniki təsviri
Həkim Abel növə Abeliya chinensis anlayışını vermişdir. Hündürlüyü 180 sm-dək olan koldur, budaqları uzun, çox vaxt sallaq, yarpaqları kiçik, üzbəüz oturaq, tünd-yaşıl, enli-lansetvaridir. Nazik, uzun, sallaq zoğları cavan yaşda çəhrayı rəngdə olur. Çiçəkləri ətirli, iri, beş ləçəkli, bitişik, yarpaqların qoltuğundan çıxan salxım çiçək qrupuna yığılmışdır. Çiçəkləri ağ, güclü xoş qoxuludur. Çiçəkləmə vaxtı yazın əvvəlindən yayın axırınadək davam edir.
Ekologiyası
Günəşli, işıqlı, zəif turşulu çimli, yarpaqlı, torflu, qum və çürüntülü torpaqlarda bitir. Yayda bol suvarılır, mineral və üzvi gübrələr verilir. Nəmişli quma əkilən, uzunluğu 5 sm olan yaşıl qələmlərlə və toxumlarla çoxaldılır.
Azərbaycanda yayılması
Mərkəzi Nəbatat Bağında introduksiya olunmuşdur. Azərbaycanda Bakı, Gəncə, Lənkəran və b. şəhər və rayonlarda mədəni şəraitdə becərilir.
İstifadəsi
Tək və qrup əkinlərində, qazonların ətrafının bəzədilməsində istifadə olunur. Cavan bitkilər gözəl kola çevrilir və həmin yayı çiçəkləyir.