Abdullu
Abdullu — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd.
Abdullu | |
---|---|
39°12′ şm. e. 48°27′ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
|
Toponimikası
Cəlilabad r-nunun Astanlı i.ə.v.-də kənd. Burovar silsiləsinin ətəyindədir. Keçmiş adı Molla Abdulla olmuşdur. Yaşayış məntəqəsinin XIX əsrin ortalarında keçmiş Hasıllı kəndinə məxsus pay torpağı sahəsində salınmışdır. Oykonim Qızılbaş tayfalarından şamlıların bir qolu olan abdullu tirəsinin adı ilə bağlıdır. 1933-cü ildə həmin r-nun ərazisində Abdullu oykonimi ilə yanaşı iki Abdullalı kənd adı da qeydə alınmışdır.[1]
Etimologiyası
Kənd adını Qızılbaş tayfası şamlının bir tirəsi "abdullu" etnonimindən almışdır.[2]
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 610 nəfər əhali yaşayır.[3]
Həmçinin bax
Xarici keçid
Vikianbarda Abdullu ilə əlaqəli mediafayllar var.
İstinadlar
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- Akademik Budaq Budaqovun Şəxsi Web Portalı Arxivləşdirilib 2016-04-14 at the Wayback Machine-Azərbaycanın Lənkəran regionu Toponimlərinin İzahlı Lüğəti Kitabı
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.