Abdullauşağı

AbdullauşağıAzərbaycan Respublikasının Kəlbəcər rayonunun Abdullauşağı kənd inzibati ərazi dairəsində kənd.[1]

Abdullauşağı
40°03′28″ şm. e. 46°12′27″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Abdullauşağı xəritədə
Abdullauşağı
Abdullauşağı

Tarixi

1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 10 noyabr 2020-ci ildə Azərbaycan, RusiyaErmənistan dövlət başçılarının imzaladığı üçtərəfli bəyənatdan sonra Abdullauşağı kəndi 25 noyabr 2020-ci ildə boşaldıldı.

Toponimikası

Abdullauşağı oyk. Kəlbəcər rayonunun eyniadlı i.ə.v.-də kənd. Mozçayın sol sahilində, dağ ətəyindədir. Keçmiş adı şahsevənlidir. Yerli əhalinin məlumatına görə, XIX əsrin sonlarında Ağcabədi rayonunun Şahseven kəndindən köçmüş Abdulla adlı şəxs ərazidə iki binə salmışdır. XX əsrin əvvəllərində də Cavanşir qəzasında Böyük və Kiçik Abdullauşağı adlı iki binə adı qeydə alınmışdır. R-nun Çobangərəkməz kəndi yaxınlığında bir yurd yerində də Abdulla yurdu adlanır. Etnotoponimdir.[2]

Digər bir yerli məlumata görə- Abdullauşağı kəndi Abdulla adlı şəxsin adı ilə bağlıdır. Abdullauşağı, yəni Abdulla kişinin nəslindən olanlar və ya Abdulla kişinin uşaqları yaşayan kənd kimi nəzərdə tutulur.[3]

Yaylaqlar

Hacıalılar yurdu, Naibli yurdu, Çubuqgetməz yurdu, Çüxur yurd, Əvəlikli yurd, Eşşəkuçan yurd, Ortaburun yurdu, Qaraqaya yurdu, İsmayılların yurdu, Kalafalıq yurdu, Məhəmmədölən yurd.

Bulaqlar

Sarı bulaq, Qara bulaq, Soyuq bulaq, Daş bulaq, Çala bulaq, İsgəndərin bulağı, Qorxulu bulaq, Feyruzun bulağı, Əvəlikli bulaq, Çınqıl bulaq, Ayı gilası bulağı, Şor bulaq, Baldırğanlı bulaq, Kora bulaq, Güllünün bulağı, Pöhrəli turş su, Ağqaya bulağı, Turş su, Kamalın turş suyu, Otay suyu, Gendərə bulağı, Göy bulaq, Müseyibin bulağı, Şirinin bulağı, Qaraqayanın bulağı.

Məşhur yerlər

Kalafalıq, Zirzəmi, Qızılqaya, Bozqaya,Xamgüney, Şorun dərəsi, Çalaçüxur,Göllər, Şərəbanı talası, Palçığın üstü, Məmmədin taya yeri, Çüxur, Böyük çüxur, Çınqıl, Hasarlıq,Öküzuçan, Ocaqtəpə, Sərhəd dərəsi, Qırmızıgüney, Bənövşəli tala, Aşağıki ağıl, Sərpin başı, Axtalıq, Uzuntala, Almalı tala, Həsənin öküzü ölən tala, Quruluq, Tir yeri, Qurd qarğası, Cəmilin çöpü, Qayalıq, Pəri qalası, Baldırğanlı dərə, Qayalığın dərəsi, Gendərə, Qulunuçan, Aralıq yeri, Topallı,Şərik yer, Ağırlıq gizlənən, Dəlikqaya, Fərhadın çalası, Təkarmud, Qoşaarmud, Arxac qayası,Şişinbaşı, Nəsibin qayası, Qaraqaya, Maluçan döş, Quzutökülən qaya, Kəluçan qaya, Xırdauçan qaya, Daşlıtəpə, Qanqallı döş, Pirqulu əlik vuran qaya, Qorxulu dərə, Ayranlıdərə, Aylıtəpə, Muncuqlu təpə, Lətifin yeri, Vəli qayası, Göyqaya, Motalqaya, Bəlim ağacı, Qaraotlu qaya, Qaranlıqdərə, Göyzağanın dərəsi, Moruqlu dərə, Əhəngyanan, Kömbəqaya.[4]

Binələr-Qışlaqlar

Kalafalıq binəsi, Eşşəkuçan binə, Çalaçüxurun binəsi, Qoşa armud binəsi, Hasarlı binə.

İqtisadiyyatı

İstinadlar

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  3. Məzahir Təhməzov Kəlbəcər Ensiklopedik məlumatlar Toponimlər fotoşəkillər xəritələr.
  4. Məzahir Təhməzov Kəlbəcər Ensikllopedik məlumatlar Toponimlər fotoşəkillər xəritələr

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.