Abdullah ibn Rəvaha
Abdullah ibn Rəvaha (bilinmir, Mədinə – 629[1], ərəb. عبدالله ابن رواحة) — Məhəmməd peyğəmbərin səhabələrindən biri.
Abdullah ibn Rəvaha | |
---|---|
ərəb. عبد الله بن رواحة | |
Doğum tarixi | bilinmir |
Doğum yeri | |
Vəfat tarixi | 629[1] |
Vəfat səbəbi | döyüşdə ölüm |
Fəaliyyəti | şair, əsgər |
Vikianbarda əlaqəli mediafayllar |
Bioqrafiya
Məhəmməd peyğəmbərin səhabələrindən biri olmuşdur[2]. O, Xəzrəc qəbiləsindən bir ailədə doğulmuşdur[2]. Müsəlman olduqdan sonra Əqəbə beyətində (sadiqlik andı) mədinəlilərin sıralarında yer almışdır. Məhəmməd peyğəmbərin yaxın səhabəsi, eləcə də katibi olmuşdur[2]. Bədr döyüşü, Uhud, Xəndək, Xeybər döyüşlərində müsəlmanların sıralarında vuruşmuşdur[2]. Muta döyüşündə qəhrəmancasına vuruşaraq şəhid olan Abdullah ibn Rəvahanın gözəl şeir yazmaq bacarığının olduğu da qeyd edilir[2]. O, bəzi bütpərəst şairlərin Məhəmməd peyğəmbərə qarşı yazdıqları alçaldıcı seirlərinə qarşı cavablar yazdığı bilinir. Bu isə Quranda (26: 224-227) qeyd edilmişdir[2].
(Müşrik və kafir) şairlərə gəlincə, onlara yalnız azğınlar uyar Məgər görmürsənmi ki, onlar hər bir vadidə sərgərdan gəzib-dolaşırlar? (Hər tərəfə meyl edir, birini yalandan mədh, digərini isə əbəs yerə həcv edirlər!). Və onlar etmədikləri şeyləri deyirlər! (Onların dediklərinin əksəriyyəti yalandır!). Ancaq iman gətirib yaxşı işlər görən, Allahı çox zikr edən və zülmə uğradıqdan sonra intiqamını alanlardan başqa! Zülm edənlər isə (öləndən sonra) hansı dönüşə dönəcəklərini (hara qayıdacaqlarını, aqibətlərinin necə olacağını, hansı inqilabla sarsılacaqlarını) mütləq biləcəklər! |
İstinadlar
- ʿAbdallāh Ibn-Rawāḥa // CERL Thesaurus (ing.). Consortium of European Research Libraries.
- Aydın Əlizadə, Elsevər Səmədov. İslam: Tarix, Fəlsəfə və Hüquq. Ensiklopedik Lüğət. Bakı: "3 saylı Bakı Mətbəəsi" ASC, 2016, səh. 9. (az.)