Abdullah ibn Məhəmməd
Abdullah ibn Məhəmməd əl-Qureyşi (610-cu illər, Məkkə – 615, Məkkə, ərəb. عبد الله بن محمد) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin birinci həyat yoldaşı Xədicədən olan oğlu.
Abdullah ibn Məhəmməd | |
---|---|
ərəb. عبدالله بن محمد | |
Doğum tarixi | 610-cu illər |
Doğum yeri | |
Vəfat tarixi | 615 |
Vəfat yeri | |
Atası | Məhəmməd |
Anası | Xədicə |
Bioqrafiyası
Abdullah Məhəmmədin peyğəmbərlik missiyasının başlanmasından sonra Məkkədə anadan olub. O, atasının peyğəmbərliyi başlayandan sonra doğulduğu[1] üçün ət-Tahir[2] (“təmiz”) və ət-Tayyib[3] (“mehriban”, “yaxşı”) adlarını almışdır.
Məhəmməd peyğəmbər ona atasının adını verir. Abdullah 615-ci ildə Məkkədə uşaq ikən vəfat etmişdir[4].
Təfsirlərə görə, Abdullahın vəfatından sonra Məhəmməd peyğəmbərin müasirlərindən və əleyhdarlarından olan əl-As ibn Vail onun haqqında onun sonsuz olduğunu demişdir. Cavabında Kovsər surəsi nazil oldu:
Əs-Suddi demişdir: “İnsanların övladları ölən zaman insanlar (ərəblər) belə deyirdilər: “O, itirdi (məhrum oldu). Məhəmməd itirdi (məhrum oldu) ” Sonra Allah nazil etdi: “Həqiqətən, sənin düşmənin sonsuzdur”.
İstinadlar
- شهاب الدين القسطلاني. المواهب اللدنية بالمنح المحمدية. مصر: المكتبة التوفيقية Arxivləşdirilib 2018-10-02 at the Wayback Machine. صفحة 478، جزء 1. مؤرشف من الأصل في 02 أكتوبر 2018. اطلع عليه بتاريخ 30 يوليو 2015.
- "The Light of The Holy Qur'an (Sura Kauthar (The Abundance))". 2007-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2006-07-05.
- Ahmed, Mahdi Rizqullah. A Biography of the Prophet of Islam: In the Light of the Original Sources, an Analytical Study (ingilis). Translated by Syed Iqbal Zaheer. Darussalam. 2005. səh. 133. ISBN 9789960969022. 20 November 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 September 2017.
- شهاب الدين القسطلاني. المواهب اللدنية بالمنح المحمدية. مصر: المكتبة التوفيقية Arxivləşdirilib 2018-10-02 at the Wayback Machine. صفحة 485، جزء 1. مؤرشف من الأصل في 02 أكتوبر 2018. اطلع عليه بتاريخ 30 يوليو 2015.