Abdulla Babayev
Abdulla Murtuz oğlu Babayev (1 aprel 1924, Tumbul, Naxçıvan MSSR – 10 mart 2015) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının xalq artisti (1998).
Abdulla Babayev | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 1 aprel 1924 |
Doğum yeri | |
Vəfat tarixi | 10 mart 2015 (90 yaşında) |
Vətəndaşlığı | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Müğənni |
Fəaliyyət illəri | 1959–2011 |
Mükafatları |
|
Həyatı
Abdulla Murtuz oğlu Babayev 1924-cü il aprelin 1-də Babək rayonunun Tumbul kəndində anadan olmuşdur. 1941-ci ildə orta məktəbi bitirən Abdulla Babayev 1959-cu ilə qədər Naxçıvan dəmiryol hissəsində müxtəlif vəzifələrdə çalışmışdır. 1959-2011-ci illərdə Naxçıvan Dövlət Mahnı və Rəqs Ansamblının solisti kimi fəaliyyət göstərən Abdulla Babayev öz repertuarını daim zənginləşdirmiş, Azərbaycan muğamlarının, xalq və bəstəkar mahnılarının mahir ifaçısı kimi böyük tamaşaçı rəğbəti qazanmışdır.[1] Onun ifasında səslənən “Naxçıvan”, “O Naxçıvandır”, “Təki sən səslə məni” mahnıları bu gün də sevilə-sevilə dinlənilir. Abdulla Babayev Rusiya, Qazaxıstan, Özbəkistan, Tacikistan, Gürcüstan və Türkiyədə qastrol səfərlərində olmuş, Azərbaycan musiqisinin təbliği və yaşadılması istiqamətində mühüm xidmətlər göstərmişdir. Əməyi yüksək qiymətləndirilən Abdulla Babayev 1970-ci ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti, 1998-ci ildə isə Azərbaycan Respublikasının Xalq artisti fəxri adlarına layiq görülmüş, 1996-cı ildə "Şöhrət" ordeni ilə təltif olunmuşdur. Abdulla Babayev 2002-ci ildə Prezident təqaüdçüsü olmuşdur.Abdulla Babayev 2015 mart ayının 10-da vəfat etmişdir.[2]
İstinadlar
- Mədəniyyət TV. ""O Naxçıvandır" mahnısı ilə məşhur olan Abdulla Babayevin 100 yaşı tamam olub" (az.). Youtube.com. 06.04.2024. İstifadə tarixi: 2024-04-07.
- "Arxivlənmiş surət". 2017-12-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-03-16.