Abdul Qəhrəmanzadə

Abdul Həmidulla oğlu Qəhrəmanzadə (5 aprel 1946, Göyçay) — Beynəlxalq Telekommunikasiya Ittifaqının (ITU) eksperti, texnika elmləri namizədi, Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika Institutunda aparıcı elmi işçisi, Azərbaycanda IKT-nin Inkişaf Strategiyası Layihəsi üzrə milli ekspert.[1]

Abdul Qəhrəmanzadə
Abdul Həmidulla oğlu Qəhrəmanzadə
Doğum tarixi
Doğum yeri Göyçay, Azərbaycan Azərbaycan SSR
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Elmi adı texnika elmləri namizədi
İş yeri AMEA İdarəetmə Sistemləri İnstitutu
Təhsili
Tanınır Beynəlxalq Telekommunikasiya Ittifaqının (ITU) eksperti, Azərbaycanda IKT-nin Inkişaf Strategiyası Layihəsi üzrə milli ekspert.

Həyatı

Abdul Həmidulla oğlu Qəhrəmanzadə 5 aprel, 1946-cı ildə Azərbaycanın Göyçay şəhərində anadan olmuşdur. Bu ailə Göyçay rayonun Bığır kəndində ən böyük sülalələrindən sayılan Şərifli nəslinə aiddir.

A.Qəhrəmanzadə 1965-ci ildə Göyçay şəhərində 3 saylı rus dilli orta məktəbi gümüş medalla bitirmiş, həmin il Azərbaycan Politexnik Institutuna daxil olmuş və 1971-ci ildə telekommunikasiya mühəndisi kimi buranı bitirmişdir.[1]

Fəaliyyəti

O 1966-cı ildən başlayaraq Azərbaycan Respublikası Rabitə Nazirliyi Bakı Poçiamt Istehsalat Laboratoriyasında texnik, böyük texnik, sonralar isə böyük mühəndis – elektromexanik vəzifələrində çalışmışdır.

A.Qəhrəmanzadə 1969-cu ildə öz ixtisasına dərindən yiyələnmək məqsədilə Oktyabr Telefon Qovşağına (OTQ) elektromontyor vəzifəsinə keçirilir, sonradan elektromexanik, ATS-2-də böyük elektromexanik, 1970-ci ilin oktyabrından isə ATS-37-də mühəndis vəzifələrində çalışır. 1971-ci ilin noyabr aylarında o keçmiş Sovetlər Ittifaqının ordu sıralarında bir illik hərbi xidmət keçmişdir.

1972-ci il noyabrın 16-dan yenidən Azərbaycan Rabitə Nazirliyi sisteminə Elmi-Texniki Informasiya (ETI) mühəndisi, Rabitə Nazirliyinin Texniki Şöbəsində böyük mühəndis və 1973-cü ilin avqust ayından isə Rabitə Nazirliyinin Şəhər Telefon Şəbəkəsi (ŞTŞ) şöbəsinin rəisi vəzifəsində çalışmışdır. Elə buradan o, Leninqrad Elektrotexniki Rabitə Institutunun məqsədli qiyabi aspiranturasına daxil olur.

1974-cü ilin noyabr ayında aspiranturanın əyani şöbəsinə keçir, 1977-ci ilin iyul ayından isə aspiranturanı başa vurması ilə əlaqədar olaraq Bakı Rabitə Elektrotexnikumuna şöbə müdiri vəzifəsinə göndərilir.

1978-ci ilin noyabr ayında o, göndərişlə Azərbaycan Politexnik Institutunun (AzPI) "Elektrik rabitəsi" kafedrasına assistent vəzifəsinə qəbul edilir.

A.Qəhrəmanzadə 1980-ci ildə texnika elmləri namizədi alimlik dərəcəsini almaq üçün dissertasiya müdafiə edir və 11 mart 1981-ci ildə texnika elmləri namizədi dərəcəsi diplomunu alır.

1981-ci ilin sentyabr ayında o, Təhsil Nazirliyi xətti ilə Böyük Britaniyanın Birmingem şəhərinin Aston Universitetində bir illik elmi təcrübə keçir. 1983-cü ilin aprel ayında o, AzPI-nin "Elektrik rabitəsi" kafedrasına dosent vəzifəsinə seçilir və həmin ildə də Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Telekommuniasiya Ittifaqının (ITU) eksperti təsdiq olunur.

1984-cü ilin okytabr ayında o, Azərbaycan Politexnik Institutunun Həmkarlar Komitəsinin sədri seçilir. 1984-cü ilin noyabr ayında ona "Elektrik rabitəsi" kafedrası üzrə dosent elmi adı verilir.

1985/86-cı illərdə o, BMT-nin Beynəlxalq Telekommuniasiya Ittifaqının (ITU) eksperti kimi Əfqanıstanın Telekommunikasiya inkişaf Layihəsində iştirak etmişdir. 1986-cı ilin noyabr ayında o, Moskvada BMT-nin "Course Development of Telecommunication" kurslarını keçir – "CoDevTel". 1992-ci il iyunun 15-dən Azərbaycan Respublikasının Prezidentinin 15.06.92-ci il tarixli 844 saylı əmri ilə o, Azərbaycanın Rabitə Naziri təyin edilir və 17.07.92-ci ildə isə başqa işə keçməsi ilə əlaqədar olaraq həmin vəzifədən azad olunur. 1992/93-cü illərdə o, Beynəlxalq Telekommunikasiya Ittifaqının (ITU) eksperti kimi Liviyanın (Procect- LIB- 88/007) və Pakistanın (Project – PAK – 88/002) inkişaf layihələrində iştirak etmişdir. 1998-ci ilin mart-dekabr aylarında o, TACIC proqramı çərçivəsində Bakı şəhərində Azərbaycan Telekommunikasiya Tədris Mərkəzinin yaradılmasında (Project – TNAZ 9601) elmi rəhbər olmuşdur. 2002-ci ildə Azərbaycanda IKT-nin Inkişaf Strategiyası Layihəsi – NICTS (Project – AZE/01/003) üzrə milli ekspert seçilmişdir. 2002-ci ilin sentyabr ayından Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışır.

A.Q.Qəhrəmanzadə 100-dən çox elmi işlərin, o cümlədən 10 metodik göstərişin, 5 dərs vəsaitinin və 7 monoqrafiyanın müəllifidir.

A.Q.Qəhrəmanzadə evlidir, iki uşağı var.[1]

Əsərləri

  • Qəhrəmanzadə A.H. Rəqəmli kommutasiya sistemi DMS. Bakı: Elm, 2000, 160 s.
  • Qəhrəmanzadə A.H. Rəqəmli kommutasiya sistemləri və şəbəkələri. Bakı: Elm, 2004, 475 s.
  • Qəhrəmanzadə A.H. Şərifli sülaləsindən biri. Bakı: Sabax, 2018, 549 s.
  • Каграманзаде А.Г. "Respublikanin informasiyasi nazarat altindadir" , AZADLIG-30.05.92
  • Каграманзаде А.Г. "Вопросы приватизации в отросли связи, газета "Бакинский Рабочий" от 29 января 1999 г.
  • Каграманзаде А.Г. "Что обещает ближайшее будущее в связи", газета " Азадлыг", от 24 и 25 августа 1999 г. (азерб. яз).
  • Каграманзаде А.Г. "Телефоны нужны всем. А специалисты — не очень", "Ежедневные новости", № 37 от 17.09.1999 г.
  • Каграманзаде А.Г. "Телефонная война", газета "Неделя" от 8 октября 1999 г.
  • Каграманзаде А.Г."В АзТУЦ-е новые слушатели", Информационное Агентство Туран ", выпуск № 24 от 10.11.1999 г.
  • Каграманзаде А.Г. в Информационное Агентство "Туран" за № 24 от 10 ноября 1999 г.
  • Каграманзаде А.Г. "Требуется правовое регулирование в отрасли связи", ИА "Туран " за № 34 от 08 декабря 1999 г.
  • Каграманзаде А.Г. "Взгляд на процесс приватизации в телекоммуникации страны", "Туран " за № 39 от 20 декабря 1999 г.
  • Каграманзаде А.Г. "По ком звонит колокол Минсвязи ", "Неделя" от 07 января 2000 г.
  • Каграманзаде А.Г. "Вопросы приватизации в телекоммуникации с учетом опыта развивающихся стран (часть-1), ИА "Туран" за № 13(55) от 04 февраля 2000 г.
  • Каграманзаде А.Г. "Вопросы приватизации в телекоммуни- кации с учетом опыта развивающихся стран (часть-2), ИА "Туран" за № 15(57) от 09 февраля 2000 г.
  • Каграманзаде А.Г. "АзТУЦ консолидирует информацион- но-учебную базу по телекоммуникации в республике", ИА "Туран" за № 35 (77) от 31 марта 2000 г.
  • Каграманзаде А.Г. "Отрасль связи нуждается в шоковой терапии", газета "Зеркало" № 94 (851) от 20 мая 2000 г.
  • Каграманзаде А.Г. "Телекоммуникация — один из действенных рычагов повышения уровня жизни ", газета "Новое время", № 48(58) от 16–22 декабря 2000 г.
  • Каграманзаде А.Г. "Эпитафия учителю", газета "Зеркало", № 223 от 24 ноября 2001 г.
  • Каграманзаде А.Г."О вопросе регулирования в телекоммуникации", "Internet News" № 56 от 27 марта — 3 апреля 2002 г.
  • Каграманзаде А.Г. "Стагнация телекоммуникаций в Азербайджане", газета "Зеркало", № 58, от 30 марта 2002 г.
  • Каграманзаде А.Г. "О вопросах регулировании в телекоммуникации" газета "Internet News" за № 56 от 3 апреля 2002.
  • Каграманзаде А.Г. "О регулировании радиочастотного спектра" газета "Internet News" за № 65 от 30 мая — 5 июня 2002 г.
  • Каграманзаде А.Г. "Об инфокоммуникационном Союзе" газета "Internet News" за № 67 от 13–19 июня 2002 г.

Həmçinin bax

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.