Abdalağalı
Abdalağalı — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Qaranlıq (Martuni) rayonunda kənd.[2]
Abdalağalı | |
---|---|
40°08′16″ şm. e. 45°19′45″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.956 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
|
Tarixi
Rayon mərkəzindən 3 km məsafədə yerləşir. Erməni mənbələrində Avdalağalu formasında qeyd edilir[3]. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir[4].
Toponim türkmənşəli abdal etnonimi[5] əsasında əmələ gələn abdalağalı tayfasının adından yaranmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.1.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Vağaşen qoyulmuşdur.
Əhalisi
Ermənilərlə yanaşı 1897-ci ildə 10 nəfər azərbaycanlı yaşamışdır[6].
XX əsrin əvvəllərində ermənilərin təzyiqi nəticəsində azərbaycanlılar kəndi tərk etmişlər.
İstinadlar
- Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
- PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2
- Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.66
- Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.l
- Пигулевская Н. Сирийские источники по истории народов СССР, М.Л., АН СССР, 1941. s. 165
- Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.67
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.