Abbasqulu xan Bayat

Abbasqulu xan Həsən xan oğlu Bayat (1735, Nişapur1779) — Bayat elindən olan sərkərdə, Nişapur valisi.

Bu məqalə Abbasqulu xan Bayat haqqındadır. Bayatın digər istifadələri üçün Bayat səhifəsinə baxın.
Abbasqulu xan Bayat
Abbasqulu xan Həsən xan oğlu Bayat
bayraq
Nişapur valisi
bayraq2
SonrakıCəfər xan Bayat
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Nişapur, Səfəvilər dövləti
Vəfat tarixi
Fəaliyyəti hərbi lider[d]
Uşaqları Həsən xan, Cəfər xan
Dini Şiə İslam

Həyatı

Nadir şah Əfşardan sonra onun qazandığı torpaqlarda ağır vəziyyət yarandı. Bu zaman İran dovlətinin taxt-tacına yiyələnən Adil şah dövran sürürdü. Onun sarayının görkəmli səxsiyyətlərindən biri, Xorasanın Bayat tayfalarından olan Abbasqulu xan Bayatdır.

Abbasqulu xan Bayat Cəfər xan Bayatdan sonra Nişapur hakimi təyin edilmişdi.

1751-ci ildə Dürranilər sülaləsinin hökmdarı Əhməd xan Abdali ikinci dəfə Xorasana gəldi. Nişapuru mühasirə etdi. Şahrux şah Qırxlı-Avşar tərəfindən Nişapurda hakim olan Abbasqulu xan Bayat 2.000 nəfərlə müdafiəyə başladı. Dalbadal bir neçə döyüşdən sonra əfqanlar 12 min tələfat verdikdən sonra yenə Herata qayıtdılar.[1]

1752-ci ildə Əhməd xan yenidən Nişapura hücum etdi. Mühasirədə olan şəhərin vəziyyəti ağırlaşdığından Abbasqulu xan Bayat məsləhət gördü ki, Şahqulu xanın vasitəsilə Əhməd xana tabe olsun, bu şərtlə ki, əfqanlar keçən ilki müharibənin intiqamını almayıb, xalqın malına və canına toxunmasınlar.[2]

Abbasqulu xan Bayat Nişapurun məşhur Came məscidini təmir etdirmişdi.

Ailəsi

Abbasqulu xanın Həsən xan, Cəfər xan adlı oğlanları vardı.

Mənbə

  • Ənvər Çingizoğlu, Qara Bayat eli və tanınmış simaları, "Soy" dərgisi, Bakı, 2011, səh.43-49.
  • Ənvər Çingizoğlu, Avşarlardan qacarlaradək bölgə xanları, Bakı:Mütərcim, 2015,288 səh.

İstinadlar

  1. Məhəmməd Hüseyn Qüddusi, Nadir şah, Bakı, "Gənclik", 1998, səh.219.
  2. Məhəmməd Hüseyn Qüddusi, Nadir şah, Bakı, "Gənclik", 1998, səh.220.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.