Abbasqulu bəy Vəkilov
Abbasqulu bəy Məmmədhəsən oğlu Vəkilov — polkovnik.
Abbasqulu bəy Vəkilov | |
---|---|
Abbasqulu bəy Məmmədhəsən oğlu Vəkilov | |
Doğum tarixi | |
Doğum yeri | Qazax, Qazax qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Uşaqları | Gəray bəy Vəkilov, Lütfəli bəy Vəkilov, Firuzə Vəkilova |
Atası | Məmmədhəsən bəy Vəkilov |
Mükafatları |
Həyatı
Polkovnik Abbasqulu bəy Vəkilov imperiyanın kavaler ordenləri ilə təltif olunmuşdur. 1867-ci il oktyabrın 10-da zabit rütbəsi alan Abbasqulu bəy uzun müddət Qars şəhərində yerləşən yüz əlli beşinci Quba süvari alayında xidmət edib. Tiflis hərbi gimnaziyasını bitirən Abbasqulu bəy Vəkilov 1884-cü il martın altısında podpolkovnik rütbəsı ilə təltif olunmuşdur. O, qırx ilə yaxın xidmət illərində Hərbi fərqlənmə ordenilə (1861), üçüncü dərəcəli Müqəddəs Stanislav (1873), dördüncü dərəcəli Müqəddəs Vladimir (bant və qılıncla birgə, 1873), ikinci dərəcəli Müqəddəs Stanislav (qılıncla birgə, 1879), ikinci dərəcəli Müqəddəs Anna (1888) və başqa orden, medalla təltif olunmuşdur.
Polkovnik Abbasqulu bəy Məmmədhəsən oğlu Vəkilov 1927-ci ildə yetmiş üç yaşında Bakıda vəfat etmişdir.
Ailəsi
Oğlanları: Gəray bəy Vəkilov, Lütfəli bəy Vəkilov Firuzə Vəkilova