Abbasağa Azərtürk
Hüseynov Abbasağa Əli oğlu (Azərtürk; 24 noyabr 1934, Astarxanbazar – 8 avqust 1998, Cəlilabad) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1978).
Abbasağa Azərtürk | |
---|---|
Abbasağa Əli oğlu Hüseynov | |
Doğum tarixi | 24 noyabr 1934 |
Doğum yeri | |
Vəfat tarixi | 8 avqust 1998 (63 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Həyat yoldaşı | Xuraman |
Uşaqları | Ülkər, Anar, Əli, Tural |
Atası | Əli |
Anası | Ürfət |
Təhsili | Azərbaycan Dövlət Pedaqoji Universiteti |
İxtisası | Dil-ədəbiyyat müəllimi |
Fəaliyyəti | Şair, pedaqoq |
Həyatı
Abbasağa Azərtürk 1934-cü il noyabr ayının 24-də Cəlilabad şəhərində anadan olmuşdur.
Ədəbi fəaliyyətə 60-cı illərdən başlamışdır. İlk mətbu şeiri 1964-cü ildə çapdan çıxmışdır.
İlk kitabı "Atlılar" 1964-cü ildə işıq üzü görmüşdur. "Mənim qismətim", "Od oğlu", "Anama minnətdaram", "Cəlilabad dastanı", "Qaraçı nəğmələri" və "Qaya sükutu" kimi kitabların müəllifidir. Bu kitablarda toplanan şeir və poemalardan odlu-alovlu bir şairin vətəndaşlıq, azadlıq, insan və gözəllik haqqında bədii təsvir vasitələri ilə zəngin ürək sözləri toplanmışdir.
Abbasağa Azərtürk fəhləlikdən şeirə gələn şairlərdəndir. "Qaradağneft" mədənində operator köməkçisi, əsaslı təmir, geoloji-kəşfiyyat, baş tikinti idarələrində, şin və gəmi təmiri zavodlarında fəhlə işləmişdir.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin dil və ədəbiyyat fakultəsini bitirmişdi, 1968-ci ildən ömrünün sonunadək Cəlilabad şəhərindəki 7 saylı orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi olmuşdur. Abbasağa Azərtürk həm klassik, həm də müasir janrlarda özünəməxsus, orijinal şeirlər yazırdı.
8 avqust 1998-ci ildə Cəlilabad şəhərində vəfat etmişdir.
Kitabları
- Atlılar. Bakı: Azərnəşr, 1966, 30 səh.
- Mənim qismətim. Bakı: Azərnəşr, 1970, 80 səh.
- Od oğlu. Bakı: Gənclik, 1978, 85 səh.
- Anama minnətdaram. Bakı: Yazıçı, 1978, 177 səh.
- Cəlilabad dastanı (şeirlər və poemalar). Bakı: Yazıçı, 1988, 136 səh.
- Qaraçı nəğmələri. Bakı: Yazıçı, 1993, 235 səh.