Abbas Zamanov (general)

Zamanov Abbas Məmmədtağı oğlu (22 mart 1924, Bakı) — Azərbaycan SSR-in baş prokuroru (1976–1986-cı illər).

Abbas Zamanov
bayraq
Azərbaycan SSR Prokuroru
bayraq2
17 avqust 1976 1986
ƏvvəlkiQambay Məmmədov
Sonrakıİlyas İsmayılov
bayraq
Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsi sədrinin müavini
bayraq2
1969 1976
bayraq
Naxçıvan MSSR Dövlət Təhlükəsizlik Komitəsinin Sədri
bayraq2
1962 1969
Əvvəlkiİlhüseyn Hüseynov
SonrakıBahadur Hüseynov
bayraq
Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsi sədrinin müavini
bayraq2
1955 1959
Şəxsi məlumatlar
Doğum tarixi 22 mart 1924(1924-03-22) (99 yaş)
Doğum yeri
Partiya
Fəaliyyəti siyasətçi, əsgər
Rütbəsi general

Təltifləri "Qırmızı əmək bayrağı" ordeni "Döyüş xidmətlərinə görə" medalı "Qafqazın müdafiəsinə görə" medalı
Dövlət Təhlükəsizlik Komitəsinin fəxri işçisi

Həyatı

Abbas Zamanov 1924-cü il martın 22-də Bakı şəhərində anadan olmuş, 1942-ci ildə Azərbaycan Sənaye İnstitutuna daxil olmuş, eyni zamanda hərbi zavodda işləmişdir. 1944-cü ildə Azərbaycan SSR Xalq Komissarlığına işə göndərilmiş, 1944–1945-ci illərdə SSRİ Xalq Komissarlığının Bakıdakı məktəbinin kursantı olmuşdur.

1945–1947-ci illərdə respublikanın təhlükəsizlik orqanlarında əməliyyatçı işləmiş, 1947-ci ildə Moskva şəhərinə SSRİ Dövlət Təhlükəsizlik Komitəsi İstintaq işçilərinin məktəbinə göndərilmişdir.

1949-cu ildə təhsilini başa vurduqdan sonra 1949–1955-ci illərdə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsində baş müstəntiq, bölmə rəisinin müavini, bölmə rəisi işləmişdir.

Bununla yanaşı, Moskva Hüquq İnstitutunda qiyabi təhsil almış və 1953-cü ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində ekstern yolu ilə buraxılış imtahanlarını vermişdir.

1955-ci ildə işdə irəli çəkilərək Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsi sədrinin müavini təyin edilmiş, 1959-cu ilə kimi bu vəzifədə çalışmış, 1959–1962-ci illərdə Zaqafqaziya Sərhəd Qoşunları idarəsində işləmişdir.

1962–1969-cu illərdə Naxçıvan MSSR Dövlət Təhlükəsizliyi Komitəsinin sədri olmuş, 1969-cu ildə yenidən Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsi sədrinin müavini təyin edilmişdir.

1970-ci ildə ona general-mayor rütbəsi verilmişdir.

1976-cı ildə Abbas Zamanova daha məsul vəzifə – Azərbaycan SSR Prokuroru vəzifəsi etibar edilmişdir. O, uzun müddət respublika prokurorluğuna rəhbərlik etmiş, II dərəcəli Dövlət Ədliyyə müşaviri ali rütbəsinə layiq görülmüş, 1986-cı ildə təqaüdə çıxmışdır. Ancaq yenə fəaliyyətini davam etdirmiş, Respublika Plan Komitəsində birinci şöbənin rəisi olmuşdur.

Abbas Zamanov Respublikanın ictimai-siyasi həyatında da yaxından iştirak etmişdir: üç çağırış Azərbaycan SSR Ali Sovetinin, iki çağırış Naxçıvan MSSR Ali Sovetinin deputatı olmuşdur.

Abbas Zamanovun xidmətləri dövlət tərəfindən layiqincə qiymətləndirilmişdir: O, Qırmızı Əmək Bayrağı ordeni, "Döyüş xidmətlərinə görə", "Qafqazın müdafiəsinə görə", "Faşizm üzərində qələbəyə görə" və bir çox digər medallarla təltif edilmiş, "Dövlət təhlükəsizliyinin fəxri işçisi" adına layiq görülmüşdür.

İstinadlar

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.