Abbas Vəfadağlı

Abbas Əli oğlu Mazanov (ədəbi adı: Abbas Vəfadağlı; 19 mart 1929, Cil, Yeni Bəyazid qəzası) — Azərbaycanlı ictimai xadim, Krasnoselo rayon İcraiyyə Komitəsinin sədri, şair, yazıçı, tədqiqatçı, istehsalat qabaqcılı.

Abbas Vəfadağlı
Abbas Mazanov
Doğum tarixi 19 mart 1929(1929-03-19) (94 yaş)
Doğum yeri
Həyat yoldaşı Dilbər Mazanova
Uşaqları İlham Mazanlı
İlqar Mazanov
İman Mazanov
Vüqar Mazanov
Qoşqar Mazanov
Gülbəs Qasımova
Sürrayə İsmayılova
Minayə İsmayılova
Təhsili
Fəaliyyəti yazıçı
Mükafatları "Aşıq Ələsgər – 200" yubiley medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı və fəaliyyəti

Abbas Vəfadağlı 1929-cu il martın 19-da Qərbi Azərbaycanda, Göyçə mahalının Cil kəndində anadan olmuşdur. Burada yeddiillik məktəbi bitirdikdən sonra sıravi kolxozçu kimi işləmişdir (1943-1946). 1946-cı "1941/45-ci ili şərəfli əməyə görə" medalı ilə təltif edilmişdir.

Qazax Pedaqoji Texnikumunu fərqlənmə diplomu ilə başa vurmuşdur (1946-1950). Texnikumu bitirib qonşu Pəmbək kənd orta məktəbində müəllim işləmişdir. Ordu sıralarında hərbi xidməti borcunu yerinə yetirmişdir. Krasnoselo rayonunun Cil kənd yeddiillik məktəbində müəllim işləmişdir (1952-1955). Sonra Krasnoselo rayon Komsomol Komitəsinə katib seçilmişdir (1955-1958), Bakı Ali Partiya məktəbində təhsilini davam etdirmişdir (1958-1962).

Doğma Cil kəndində kolxoz sədri (1962-1975), Krasnoselo rayon İcraiyyə Komitəsinin sədri (1975-1983), Cil kənd sovxozunda direktor (1983-1988) işləmişdir. Azərbaycanlılar ellikcə Azərbaycanın Xanlar rayonunun Şəhriyar kəndinə köçdükdən sonra isə orada kənd sovet sədri, Çaykənd kəndində kolxoz sədri (1991-1993), Şəhriyar kəndində sovxoz direktoru (1994), Xanlar rayonunda Kənd Təsərrüfatı İstehsalat İdarəsində rəis müavini olmuşdur (1994-1998). Hazırda fərdi yaradıcılıqla məşğuldur.

Ailəlidir. 8 övladı var.

Yaradıcılığı

Bədii yaradıcılığa kiçik yaşlarından başlamışdır. İlk mətbu şeiri "Arzular" 1965-ci ildə "Sovet Ermənistanı" qəzetində çıxmışdır. Bundan sonra dövri mətbuatda şeir, oçerk və məqalələrlə çıxış etmişdir. İlk qələm təcrübələrini Abbas Mazanov imzası ilə dərc etdirmişdir. 60-cı illərdən Vəfadağlı təxəllüsünü qəbul etmişdir.

Kitabları

  1. "Göyçə kimi intizarda elim var", Bakı, "Gənclik" nəşriyyatı, 1999.
  2. "Gözləri həsrətli, naləli Göyçə", Bakı, 2009
  3. "Ulu Göyçəm", Bakı, "Renessans" Nəşriyyat Evi, 2017 – 384 səh.

Məqalələri

  1. "Göyçə qətliamı", "Ülfət" qəzeti, 2 aprel 2004-cü il.
  2. "Ustad", "Folklor və Etnoqrafiya" jurnalı, №4, 2010-cu il. səh.48-51.
  3. "Aşıq Alı sorağında", Dünya qəzeti. 19 mart 2011-cu il. № 34-35.
  4. "Azərbaycan Aşıqlar Birliyi: Ozan dünyası. №3(6)" (az.). "Ozan dünyası" jurnalı. 2011. 2016-04-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-06-14.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.