Abbas Qasımov (20 Yanvar şəhidi)

Abbas Qasımov (tam adı: Abbas Şəmməd oğlu Qasımov; 10 iyun 1966, Balıqlı, Amasiya rayonu, Ermənistan SSR, SSRİ20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi.[1]

Abbas Qasımov
Abbas Şəmməd oğlu Qasımov
Doğum tarixi
Doğum yeri Balıqlı, Amasiya rayonu, Ermənistan SSR, SSRİ
Vəfat tarixi (23 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat səbəbi "20 Yanvar Şəhidi"
Dəfn yeri Şəhidlər Xiyabanı
Vətəndaşlığı SSRİ SSRİ
Atası Şəmməd Qasımov
Anası Zöhrə Abdalova
Milliyyəti azərbaycanlı
Fəaliyyəti Günəmuzd işçi

Həyatı

Abbas Qasımov 1966-cı il iyunun 10-da Ermənistan SSR, Amasiya rayonunun Balıqlı kəndində anadan olmuşdur. Abbasın 3 yaşı olanda atası vəfat etmişdir.[2]

1988-ci ilin aprelində azərbaycanlıların kütləvi şəkildə Ermənistandan qovulması səbəbindən ailəsi doğma yurd-yuvasından didərgin düşmüş və Bakıya köçmüşdur. Köçmə zamanı evlərinin əşyaları yüklənmiş "Kamaz" maşını Gürcüstan istiqamətilə gedərkən aşmış, həmin maşında olan Abbas təsadüf nəticəsində sağ qalmışdır.[3]

Heç yerə işə düzələ bilmədiyindən müxtəlif yollarla günəmuzd çalışırdı (vaqon boşaltmaq, yük daşımaq, fəhləlik).

2 qardaşı, bir bacısı olmuşdur. Subay idi.

Qanlı Yanvar faciəsi

Həmin gün təxminən gecə saat 12-də bibisi oğlu ilə evdən çıxmışdır. XI Qızıl Ordu meydanına çatar-çatmaz işıqlar söndürülmüş və hərbçilər dinc əhalini atəşə tutmuşlar. Abbas yaralanmış, təxminən saat 3-də Respublika xəstəxanasına gətirilmişdir. O vaxt xəstəxananın işıqları söndürüldüyündən, üzərində cərrahiyyə əməliyyatı şam işığında aparılmışdır. Gətirildikdən 4 saatdan sonra vəfat etmişdir.

Şəhidlər xiyabanında dəfn olunmuşdur.

Qeydlər

  1. ^ Rafiq Səməndər öz kitabında Abbasın 2 bibisi oğlu ilə çıxdığını qeyd etmişdir.

Həmçinin bax

İstinadlar

  1. ""20 Yanvar Şəhidi" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 17 yanvar 2000-ci il tarixli 259 saylı Fərmanı". 2022-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-17.
  2. "Şəhidlər" (PDF). 2022-10-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-10-05.
  3. "Qulu Kəngərli, "Qara Yanvar şəhidləri", Bakı, "Gənclik", 1992" (PDF). 2015-07-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-07-17.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.