Abbas Bariz

Abbas Mirzə Cəfər oğlu Bariz (1921–2011)—Azərbaycan şairi.

Abbas Bariz
Abbas Mirzə Cəfər oğlu İslami
Doğum tarixi
Doğum yeri Əhər, Qaradağ vilayəti
Vəfat tarixi
Fəaliyyəti şair, yazıçı

Həyatı

Abbas Bariz 1921-ci ildə Əhər şəhərində dünyaya gəldi. O hələ uşaq yaşlarında ikən ailəsi Yəxfüruzan kəndinə köçdü. Atası Mirzə Cəfər Şeyxülislam, öz dövrünün tanınmış din xadimlərindən biri idi. Gözəl əxlaqı və mədəni rəftarıyla Qaradağ camaatının məhəbbətini qazanmışdı. Elmə və biliğə böyük rəğbətlə yanaşsa da, uşaqlarının dövlət məktəblərində təhsil almasına icazə verməmişdir. Abbas Bariz, atasının yanında, mədrəsədə təhsil alan uşaqların ən qabaqcıllarından biri olub. Dini təhsillə yanaşı klassik və müasir fars və ərəb ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləriylə tanış olub, onları oxuyub. Daha sonra müəllimlik edən Bariz ilk şeirlərində məhəbbəti mövzu götürüb.

Bariz, ilk şeirlərini məhəbbət üstündə qursa da, həyatın digər üzləriylə tanış olduqdan sonra ictimai xarakterli şeirlər yazıb. Onun vətəninə və elinə olan sevgisi şeirlərində də öz əksini tapır. Xüsusilə XX əsr Cənubi Azərbaycan şairi Şəhriyarın "Heydər Babaya salam" mənzuməsi, Barizin öz yurdu olan Qaradağ vilayətinə duyduğu sevginin necə deyəllər salnaməsi olub. O, "Heydər babaya salam" poemasına nəzirə kimi "El dayağına salam" mənzuməsini yazıb.

Yaradıcılığı

Abbas Barizin türk və fars dillərində olduqca dəyərli şeir əsərləri var. "Qolhaye rənqarənq", "El dağına salam" və "Yaslı savalan" əsərləri o cümlədəndir.

Mərhum şairin "Ay Aşıqlar yasa gəlin", "Çoban qardaş", "Sarı daş", "Şeypur poeması", "Bayatılar", "Sarı və Susən dastanı" və s. kimi əsərləri də işıq üzü görməyən əsrləri sırasındadır.

Mənbə

  • Ənvər Çingizoğlu. Qarşı yatan Qaradağ. Bakı: "Ozan", 1998, 192 səh.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.