Abbas Ağalarov
Abbas Fərhad oğlu Ağalarov (1911, Azərbaycan – 1967) — Azərbaycan boksunun banilərindən biri, SSRİ-nin əməkdar məşqçisi, əməkdar idman ustası, beynəlxalq dərəcəli hakim.
Abbas Ağalarov | |
---|---|
Şəxsi məlumatlar | |
Vətəndaşlığı | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | |
Çəkisi | 57 kq |
İdman növü | boks |
1936-cı ildə Abbas Ağalarov ilk dəfə boks üzrə azərbaycanlı idman ustası dərəcəsini almışdır. 1937-ci ildə SSRİ Çempionatlığında final pilləyə yüksəlmişdir, "Dİnamo" Bakı cəmiyyətinin üzvü idi. Etdiyi mükəmməl çıxışdan sonra "Buravestnik" (Буревестник) və "Dinamo"-nun baş məşqçisi təyin olunur.Onun yetirmələrindən Azərbaycan boksuna öz töhvələrini vermiş, dünya ve avropa çempionları yetişdirmiş Rauf Cabbarov uzun müddət Boks üzrə Azərbaycan yığma komandasının baş məşqçisi olmuşdur.[1]
Abbas Ağalarov Rus ordusunun qeneral-leytenantı Həsən bəy Ağalarovun nəslindən idi. O, həm də Azərbaycan Bədən Tərbiyəsi İnstitutunda boks kafedrasına rəhbərlik edirdi.
Məşhur idmançı, məşqçi və pedaqoq Abbas Ağalarov 1967-ci ildə 56 yaşında dünyasını dəyişdi.
Həyatı
İstinadlar
- "Abbas Ağalarov". 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-04.