Abbasəli Kərimov

Abbasəli Kərimov (1931, Ardanış2004, Bakı) — Azərbaycan şairi, publisisti, pedaqoqu; qabaqcıl təsərrüfat rəhbəri.

Abbasəli Kərimov
Kərimov Abbasəli İsmayıl oğlu
Abbasəli Kərimov
Abbasəli Kərimov
Doğum adı Abbasəli
Doğum tarixi 1931
Doğum yeri
Vəfat tarixi 2004
Vəfat yeri
Vətəndaşlığı
Milliyyəti azərbaycanlı
Həyat yoldaşı Fatma Məhəmməd qızı (1941)
Uşaqları Zəkiyyə (1959), Aqil (1961), Adil (1963), Qadir(1966), Azər (1978)
Atası İsmayıl Kərbəlayi Kərim oğlu (1884-1968)
Təhsili Azərbaycan Dövlət Pedaqoji İnstitutu
İxtisası fizika-riyaziyyat
Fəaliyyəti şair
Əsərlərinin dili azərbaycanca
Janrlar şeir, hekayə, poema
Mükafatları "Qırmızı əmək bayrağı" ordeni

Həyatı

Abbasəli Kərimov 1931-ci ildə Göyçə mahalının Ardanış kəndində anadan olub. 1949-cu ilin sentyabrına kimi kolxozda işləmişdir.[1]

2004-cü ildə Bakı şəhərində vəfat edib.

Təhsili

Abbasəli Kərimov 1952-ci ildə orta təhsilini tamamlamışdır. 1952–1956-cı illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) fizika-riyaziyyat fakültəsində təhsil almışdır.

1971-ci ildə Bakı Ali Partiya Məktəbinə oxumağa göndərilmişdir.

Fəaliyyəti

Pedaqoji fəaliyyəti

1956-cı ildən pedaqoji fəaliyyətə başlayan Abbasəli Kərimov, 1966-cı ildə qonşu Cil kəndində məktəb direktoru vəzifəsinə təyin olunmuşdur.

Siyasi fəaliyyəti

Abbasəli Kərimov 1968-ci ildə Krasnoselo rayon Partiya Komitəsinin Təbliğat-təşviqat şöbəsinin təlimatçısı vəzifəsinə irəli çəkilmişdir.

Təsərrüfat rəhbəri kimi

1974-cü ilin yanvar ayında öz doğma kəndində Ardanış kolxozu İdarə Heyətinin sədri (kolxoz sədri) vəzifəsinə təyin olunmuşdur.

1977–1987-ci illərdə Ardanış kənd sovxozunda direktor vəzifəsində işləmişdir.

Yaradıcılığı

Abbasəli müəllim ədəbi yaradıcılıqla da məşğul olmuşdur. 1961-ci ildən etibarən mətbuat orqanlarında yazıları dərc olunub.

Görkəmli Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın "Heydərbabaya salam" poemasının təsiri ilə yazdığı "Göyçədən salamlar" poeması 1968-ci ildə Cənubi Azərbaycandakı "Fərzanə" nəşriyyatında çap olunub.[2]

2003-cü ildə isə şeir, hekayə, publisistik məqalələr və poemadan ibarət "Göyçədən salamlar" kitabı nəşr olunub.

Kitabları

  • Abbasəli Kərimov, "Göyçədən salamlar", Bakı, 2003.

Mükafat və təltifləri

"Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilmişdir.

İstinadlar

  1. Əli Vəliyev, Vaqif Kərim. Göyçə mahalının Ardanış kəndi. Bakı, 2011.
  2. A.Hacızadə. "Ardanışda bir ağsaqqal var idi..." (az.). goyce.az. 2018-11-26. 2018-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-27.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.