Abazinlər

Abazin, Abazalar[5] və ya Abaziniyalı(Abazin and Abxaz: Абаза; Çərkəz: Абазэхэр; rus. Абазины; türk. Abazalar; ərəb. أباظة) — Abxazçərkəz xalqları ilə sıx əlaqəli olan Şimal-Qərbi Qafqazda yaşayan etnik qrup. Əsasən Türkiyə, MisirRusiyanın Şimali Qafqaz bölgəsindəki Qaraçay-Çərkəz RespublikasındaStavropol diyarında yaşayırlar. Abazinlərin bir qolu olan Tapantalar Kubanın yuxarı hissəsindəki Besleney və Kabardin knyazlıqları arasında yaşayırdı.[6].

Abaza, Abazin
Abazin bayrağı
Özünüadlandırma
Абаза
Ümumi sayı
~150,000 (təxmini)
Yaşadığı ərazilər
Türkiyə Türkiyə 15,000–50,000 [1]
Misir Misir 50,000 [2]
Rusiya Rusiya 43,341
36,919
3,646
418
[3]
Ukrayna Ukrayna 128 [4]
Dili

abaza dili
rus dili
türk dili
ərəb dili

Dini

sünni, İslam

Qohum xalqlar

abxazlar, çərkəzlər

Abazinlər əvvəlcə Abxaziyanın qərb hissəsindəki Sadzen bölgəsində məskunlaşmış və 14–15-ci əsrlərdə Abxaziyadan Abaziniyaya köç etmişlər. Daha sonra 18–19-cu əsrlərdə keçmiş Osmanlı İmperiyasının müxtəlif bölgələrinə köç etdilər. 18-ci əsrin sonlarından etibarən onların hakim dini sünni İslamdır (Hənəfi).

Abazin xalqı abxazçərkəz dillərinə çox yaxın, Şimal-qərb Qafqaz dillərindən olan abaza dilində danışır. Əsasən Qaraçay-Çərkəzdə yayılmışdır. Bu dildə 30 mindən çox adam danışır. İki əsas dialektə bölünür: tapanta və aşxaraua (şkaraua). 1932–33-cü illərdə latın qrafikası əsasında yazısı hazırlanmışdır. 1938-ci ildən isə kiril əlifbasına keçmişdir.

Abazinlərin mədəniyyəti və adət-ənənələri çərkəzlərin mədəniyyətinə bənzəyir. Bir çox köhnə xəritədə Abaziniya ərazisi Çərkəzyanın (Adıgey) bir hissəsi olaraq göstərilmişdir.

2010-cu il Rusiya siyahıyaalınmasına əsasən, Rusiyada 43.341 abazin yaşayır.[3]

Diasporu

Türkiyədə, Misirdə, və İordaniyaSuriya kimi Orta Şərq ölkələrində yerləşən bir çox abazin diasporu Rusiya İmperiyasına qarşı olan Qafqaz müharibəsinin mühacirləridir. Türkiyədə əhəmiyyətli sayılabiləcək qədər abazin yaşayır. Təxminən 150.000 abaza Əskişəhər, Samsun, Yozqat, Adana və Kayseri əyalətlərində yaşayır. Onların əksəriyyəti çar ordusuna qarşı vuruşan və Kbaada (bugünkü Soçidəki Krasnaya Polyana) döyüşünü itirdikdən sonra Türkiyəyə mühacirət etmiş Aşxaraua tayfasının üzvləridir, halbuki Tapanta tayfası rus qüvvələri ilə birlikdə döyüşmüşdür.

Misirdə görkəmli bir nümunə olan Abaza ailəsi əslində böyük bir abazin qəbiləsidir. Abaza ailəsi bu günə qədər Misir cəmiyyətində yüksək mövqeyə sahibdir və cəmiyyətin bütün sahələrində aktiv olaraq 15.000 üzvü ilə birlikdə Misirin ən böyük ailəsi statusundadır.

Həmçinin bax

İstinadalar

  1. "Ethnologue.com". 2012-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-18.
  2. "Websters-online-dictionary". 2013-01-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-18.
  3. "Итоги Всероссийской переписи населения 2010 года в отношении демографических и социально-экономических характеристик отдельных национальностей". 2021-12-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-18.
  4. "About number and composition population of Ukraine by data All-Ukrainian census of the population 2001". Ukraine Census 2001. State Statistics Committee of Ukraine. 17 December 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 January 2012.
  5. Абазалар // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 9.
  6. Тхайцухов Михаил Сем, Абазины на Северном Кавказе и в Турции (XVIII–XX вв.) Moskva, 2005. (rus)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.