Abasxanlı
Abasxanlı — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 679 nəfərdir (2008)[1]
Abasxanlı | |
---|---|
40°22′ şm. e. 48°24′ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 23 m |
Saat qurşağı | |
|
Tarixi
Abbasxanlı və ya Abasxanlı Ağsu rayonunun Kəndoba inzibati ərazi vahidində kənd.Şirvan düzündədir. Keçmiş adı Gorus Abbasxanlı olmuşdur.Oykonim Şamaxı qəzasında maldarlıqla məşğul olan bir nəslin adını əks etdirir.Bu kənd Şirvan xanlığı dövründə Çaparlı və Ağarx kəndləri ilə birlikdə Gorus adlanan mahala daxil idi.Mahalın adı vaxtilə burada məskunlaşmış gorus qızılbaş tayfasının adından götürülmüşdür.XVIII əsrdə Gorus mahalı Şamaxı xanı Mustafa xanın kürəkəni Ağakişi bəyə mənsub olmuşdur. 1933-cü ildə Cəlilabad rayonu ərazisində eyniadlı kənd qeydə alınmışdır. Bu oykonimlər abbasxanlı nəslinin adı ilə bağlıdır.[2]
Həmçinin bax
Xarici keçid
Vikianbarda Abasxanlı ilə əlaqəli mediafayllar var.
- Abasxanlı Arxivləşdirilib 2021-05-18 at the Wayback Machine
İstinadlar
- Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 8. ISBN 978-9952-441-02-4.
- Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007, səh. 8
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.