Abeskun

Abeskun, Absükun və ya Abaskun (fars. آبسکون) — orta əsrlərdə Xəzər dənizinin cənub-şərqində eyniadlı adada liman şəhəri və ticarət mərkəzi.[1] İndiki İranın Gürgan ərazisindədir.[2]

Təbəristan xəritəsi. İstəxri.

Coğrafiya

Ptolemey müəllifi olduğu «Coğrafiya» əsərində Hirkan vilayətindəki Sokanda çayının adını qeyd edir. Şəhərin adı buradan törəmiş ola bilər. Abaskun şəhərinin yeri naməlumdur. Ehtimal olunur ki, şəhər Gürgan çayının mənsəbində yerləşib. Ərəb coğrafiyaşünasları qeyd edir ki, Abaskun ilə Gürgan arasındakı məsafə 1–3 günlük idi.[2] Şəhər Xacə Nəfəs kəndi və ya Gümüşan şəhəri yaxınlığında yerləşmiş ola bilər.[3]

Tarix

Abaskun tacirlərin Deyləm, DərbəndAtil şəhərlərinə getmək üçün istifadə etdiyi çiçəklənən bir ticarət mərkəzi idi. Şəhərin məhsullarına saqren, yun parçaları, balıq və dəniz quşlarının lələkləri aid idi. X əsrdə Abaskunda qala mövcud idi, hansı ki, odadavamlı kərpicdən hazırlanmışdı və bazar hissəsində məscid var idi. Şəhərin zənginliyi və mövqeyi onu rusların Xəzər ekspedisiyalarının hədəfinə çevirmişdi.[2] Ruslar ilk kiçikmiqyaslı basqınlarını 864–884-cü illərdə həyata keçirmiş, 909 və ya 910-cu ildə şəhərini yağmalamışdır. Ruslar şəhəri 913-cü ildə yenidən yağmalamışdır, ancaq bu dəfə daha böyük miqyasda.[4]

Xərəzm şahı II Məhəmməd 1220-ci ildə Abaskun yaxınlığındakı bir adada monqollardan gizlənir. Şəhərin adı bundan sonra sənədlərdə qeyd olunmur. İran coğrafiyaşünası Mustovfi XIV əsrdə qeyd edir ki, Abaskun bir müddət Aral əvəzinə, Xəzər dənizinə axan Amudərya çayının Xəzərin səviyyəsini artırması nəticəsində batmış bir ada idi.[2]

İstinadlar

  1. Абескун // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 20.
  2. Bosuort, S. E. Abaskūn // Encyclopædia Iranica (ingilis). October 9, 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 14, 2020. (#missing_pipe)
  3. "The Center for the Great Islamic Encyclopedia(in Persian)" (ingilis). November 14, 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 14, 2020.
  4. Bencamin Qolden, Piter. Rus // Encyclopaedia of Islam (ingilis). Brill Online. 2006.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.