Abakar Hacıyev
Abakar Hacıyev (11 aprel 1979, Zaqatala rayonu – 27 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Abakar Hacıyev | |
---|---|
Abakar Məhəmməd oğlu Hacıyev | |
![]() | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 11 aprel 1979 |
Doğum yeri | |
Vəfat tarixi | 27 oktyabr 2020 (41 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti |
![]() |
Qoşun növü |
![]() |
Xidmət illəri | 2000-ci ildən |
Rütbəsi | Polkovnik-leytenant |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Hadrutun azad edilməsi |
Təltifləri |
![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() |
Həyatı
Abakar Hacıyev 1979-cu il aprelin 11-də Zaqatala rayonunun Dardoqqaz kəndində anadan olub.[2] Orta təhsilini Ş. Qurbanov adına 3 saylı Zaqatala şəhər tam orta məktəbində alıb. 1996–2000-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb.
Hərbi xidməti
1996–2000-ci illərdə keçmiş Bakı Ali Dənizçilik Hərbi Akademiyasında — indiki Heydər Əliyev adına Hərbi Akademiyada təhsil alan Abakar Hacıyev 2000-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsi altında xidmətə başlayıb.[5] 24 il nazirliyin Goranboy, Füzuli, Gəncə, Bərdə, Beyləqan və Lənkərandakı hərbi hissələrində çalışıb. 2017-ci ilin noyabrında Qusarda "zampolit" kimi fəaliyyətə başlayıb. Sonuncu xidmət yeri Qusar olub. Xidmət illəri ərzində mayor hərbi rütbəsinə qədər yüksəlib.[6][7]
Azərbaycan Ordusunun mayoru olan Abakar Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Abakar Hacıyev oktyabrın 27-də Hadrutun azad edilməsi zamanı Qırmızı Bazar istiqamətində şəhid olub. Zaqatala rayonunda dəfn olunub.[8][9]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Abakar Hacıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[10]
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Abakar Hacıyev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.[11]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Abakar Hacıyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[12]
Təltifləri
— III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı
(26.06.2001) — "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı
(26.06.2008) — "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı
(26.06.2010) — III dərəcəli "Qüsursuz xidmətə görə" medalı
(26.06.2013) — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
(26.06.2015) — II dərəcəli "Qüsursuz xidmətə görə" medalı
(26.06.2018) — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı
(26.06.2020) — I dərəcəli "Qüsursuz xidmətə görə" medalı
(15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)[13]
(15.12.2020) — "Azərbaycan Bayrağı" ordeni (ölümündən sonra)[14]
(25.12.2020) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra)[15]
İstinadlar
- Müdafiə Nazirliyi. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 21.10.2021. 2021-10-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 21.10.2021.
- "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycanın Müdafiə Nazirliyi). 08.12.2020. 2020-12-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 08.12.2020.
- "Abakar Hacıyev: Qəhrəmanlıq dastanı yazan şəhid polkovnik". 2023-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-25.
- "Unudulmazlar — Abakar Hacıyev". 2023-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-25.
- "Zaqatalanın uca zirvələrə yüksələn qartalı… 24 il Vətənə qulluq etmiş Abakar!". 2023-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-25.
- "Qarabağa görə özünü qurban verən Abakar". 2021-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-14.
- "Əbədiyyətdəki əziz ünvanlarımız — Şəhidlər ölməz, Vətən bölünməz!". 2023-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-25.
- "Qarabağa görə özünü qurban verən Abakar Hacıyev". www.modern.az. 30.11.2020. 2021-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.11.2020.
- "Şəhid mayor Abakar Hacıyev doğum günündə belə anıldı". 2023-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-25.
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". 25.12.2020. 2020-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az (az.). 25.12.2020. 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.