Abadzexlər

Abadzexləradıgeylərin etnoqrafik qrupu. Keçmişdə ən iri adige tayfalarından biri olmuşdur. Adıgey Respublikasının Şovgen aulunda yaşayırlar. Adıgey dilinin abadzex dialektində danışırlar. Dindarları müsəlmandır. Əsas məşğuliyyətləri əkinçilik, heyvandarlıq və bağçılıqdır.[1]

İstinadlar

  1. Abadzexlər // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A  Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 6. ISBN 978-9952-441-02-4.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.