Abşeron gizlinləri (film, 2008)
Abşeron gizlinləri filmi rejissor Ömür Nağıyev tərəfindən 2008-ci ildə çəkilmişdir. Film Azərbaycantelefilmdə istehsal edilmişdir. Film Abşeron yarımadasında yerləşən qədim daş abidələrimiz, qayaüstü təsvir, yazılar və kurqanlardan bəhs edir.
Abşeron gizlinləri | |
---|---|
Janr |
sənədli qısametrajlı tarixi |
Rejissor | Ömür Nağıyev |
Ssenari müəllifi | Aydın Qurbanoğlu |
Operator | Adil Abbasov |
İstehsalçı | Azərbaycantelefilm (Azərbaycan televiziyası) |
İlk baxış tarixi | 31 may 2008, Azərbaycan televiziyası |
Filmin növü | qısametrajlı sənədli televiziya filmi |
Müddət | 11 dəq. |
Ölkələr | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2008 |
Rəng | rəngli |
Məzmun
Film Abşeron yarımadasında yerləşən qədim daş abidələrimiz, qayaüstü təsvir, yazılar və kurqanlardan bəhs edir.
Filmdə Abşeron yarımadasının Mərdəkan, Türkan, Binə, Qala, Şüvəlan, Dübəndi, Bəndüstü Xaşaxuna kimi qədim yaşayış yerlərindəki bizim eradan əvvəl III–II minilliklərdən qalma yerüstü, yeraltı abidələri, kurqanları, petroqlifləri-şəkil yazıları, onların tarixindən bəhs olunur. Azərbaycan tarixinin qədimliyini sübut edən bu abidələrdəki yazılar Qobustandakı, Gəmiqayadakı rəsmlərlə çox oxşardır. Tarixə qısa səyahət etməklə Azərbaycanın qədim yaşayış yeri kimi bəşər tarixinin təşəkkül tapdığı məskənlərdən biri olduğu aydın görünür.[1]
Filmin üzərində işləyənlər
- Ssenari müəllifi: Aydın Qurbanoğlu
- Rejissor: Ömür Nağıyev
- Operator: Adil Abbasov
İstinadlar
- ""AZƏRBAYCANTELEFİLM" YARADICILIQ BİRLİYİNDƏ DAHA İKİ SƏNƏDLİ FİLMİN İSTEHSALI BAŞA ÇATMIŞDIR". 2021-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-11.